1961-ci il: Şuşada Bülbülü nə məyus etmişdi?
06.01.2022 [11:09]
Heydər Əliyev Bülbülün evində yaşayan ailənin başqa evə köçürülməsini tapşırdı
İlhamə Rəsulova
İşğala qədər Şuşada 8 muzey fəaliyyət göstərirdi və onların hər biri Azərbaycanın maddi-mənəvi dəyəri hesab olunurdu. Erməni vandalları tərəfindən məhv edilən muzeylərdən hələ ki, yalnız biri, Bülbülün ev muzeyi təmir olunub. Bunun da gələcək nəsillərə ötürüləcək maraqlı bir hekayəsi var. Şuşaya səfər eləmiş Müzəffər Prezidentimiz İlham Əliyev Bülbülün dağılmış evini ziyarət edərkən “buranı da Polad Bülbüloğlu özü təmir etdirər” demişdi. Polad Bülbüloğlu Prezidentin bu göstərişini təcili şəkildə reallaşdırdı. Bülbülün ata ocağı qədimi memarlıq üslubu qorunub saxlanmaqla təmir edildi, abadlaşdırıldı. Polad Bülbüloğlunun işğaldan sonra ata evinə ziyarətini əks etdirən görüntüləri yəqin ki, xatırlayırsınız. 77 yaşlı sənətkar gənclik şövqü ilə “Gəl ey səhər “ deyərək oxudu. O, soyuq qış səhərində səsi titrəmədən, fonoqramsız, mikrofonsuz ilk gəncliyindəki kimi şövqlə oxudu. Özü demiş, baba evi onun da səsini eşitdi. İllərlə hər bir azərbaycanlının sevərək dinlədiyi “Gəl, ey səhər” musiqisi bu dəfə Şuşada qanadlandı, uçdu. 29 il düşmən işğalında gecələrə bürünmüş Şuşamıza o səhər axır ki, gəldi.
O evi əslində Şuşanı və Bülbülü sevən hər bir azərbaycanlı tanıyır. İki otağı eyvana açılan, yerdən 3 daş hündürlükdə tikilmiş, kirəmit damlı, yaşıl həyətli o balaca evi deyirəm. Bülbül haqqında çəkilmiş son filmdə hamımız o evi görmüşük. Bəlkə bu taleyin bir oyunu idi. Yoxsa ocaqmı çağırmışdı onu? Bülbül dünyasını dəyişməzdən bir ay öncə göz açdığı evi ziyarət eləmiş və bu səfər onun haqqında son sənədli film olaraq kinolentə köçürülmüşdü.
Bülbül ocağının yadigarı, müğənni, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu o günləri belə xatırlayır:
“1961-ci ilin avqust ayının ortaları idi. Atam dedi ki, Şuşaya gedəcəm. Musiqiçilərlə də danışdı, konsert vermək istəyirdi. Anam o zaman Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin rəhbəri olan Teymur Əliyevə zəng edib dedi ki, Bülbül Şuşaya gedir, bir operator göndərsəniz çəkiliş gedər, yadigar qalar. Televiziyadan 2 operator göndərdilər və həmin tarixi kadrlar belə yarandı. Atam Şuşada iki konsert verdi və bu konsert şuşalılar tərəfindən çox möhtəşəm qarşılandı. O elə çıxış edirdi ki, hələ ömründə elə oxumamışdı. Bu konsertdən təxminən 1 ay sonra, sentyabrın 26-da dünyasını dəyişdi. Mən belə deyərdim ki, o, öz torpağıyla vidalaşmağa getmişdi. Bu film də məhz o günlərin yadigarı olaraq qaldı”.
Heydər Əliyevə qədər heç bir rəhbər o evlə maraqlanmamışdı
Burda bir haşiyə çıxım ki, həmin səfər zamanı Bülbül ata yurdundan çox məyus ayrılmışdı. Həyətə girib, evi baxımsız vəziyyətdə görüb, həyətdə kimlərsə . Bülbül ətrafa təəssüflə baxıb (elə filmdəki kadrlarda da bu kədərli baxışlar hiss olunur) və deyib: “Bu hansısa bir erməni sənətkarın evi olsaydı, onlar belə münasibət göstərməzdilər”.
Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra Bülbül irsinə dövlət səviyyəsində xüsusi ehtiram göstərildi.
Polad Bülbüloğlu atasının ev muzeyinin yaradılması, ümummilli liderimiz Heydər Əliyevin o zaman bu muzeyin yaradılmasına göstərdiyi böyük diqqət barədə də danışır:
Bülbülün Şuşada ev muzeyi 1982-ci ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Heydər Əliyev 82-ci ilin yayında şairə Natəvanın abidəsinin açılış mərasimi ilə bağlı Şuşaya səfər eləmişdi və onu müşaiyət edən qrupun içində mən də vardım. Məni yaxına çağırıb soruşdu ki, sənin xəbərin varmı, burda atanın evi varmış, o evi görmüsən? Dedim bəli, uşaq vaxtı çox gəlmişik. Yanında Şuşanın o zamankı birinci katibi Niyaz Hacıyev dayanmışdı. Həmin vaxt atamın evində bir ailə yaşayırdı. Ailəni tanıyıb tanımadığımı soruşdu. Bir neçə dəfə görüşdüyümüzü dedim.
Heydər Əliyev tapşırıq verdi ki, həmin ailəni yaxşı şəkildə, hörmətlə başqa bir evə köçürsünlər və başa salsınlar ki, həmin evdə Bülbülün muzeyi yaradılacaq. Birinci katibə xüsusilə tapşırdı ki, köçürülən ailəni incitməsinlər. Həmin ailə başqa bir evə köçürüldü və atamın doğulduğu evdə təmir işləri aparıldı, muzey yaradıldı. Anam o zaman Bülbülün Bakıdakı memorial muzeyinin müdiri idi. O da bu işlərə qoşuldu, eksponatlarla təmin etdi. Mədəniyyət Nazirliyi çox operativ kömək göstərdi.
Muzey hazırlanana qədər mən bir neçə dəfə Şuşaya gedib-gəldim. Hər gedişimdə bir neçə gün qalırdım. Muzey hazır olandan sonra biz muzeyin əməkdaşları üçün həyətdə 3-4 otaqlı ayrıca bir ev tikdik. Sonralar düşündüm ki, mən özüm də gedəndə həyətimzidə qala bilim deyə, həmin evin üstündə ikinci mərtəbəni qaldırım. Tikinti başlamışdı, lakin işğalla əlaqədar hər şey yarımçıq qaldı.
“Şuşa yuxuma tez-tez girirdi, hey görürdüm ki, günəşli bir gündə küçəmizdə gəzirəm. Hələ 2007-ci ildə Şuşaya səfər edərkən ermənilərin etirazlarına baxmayaraq, mən həmin küçədə piyada gəzdim. Təbii ki, ata evini dağılmış halda görmək çox çətin idi. Düşmən görməsin deyə mən ağlamadım. Özümü güclə saxladım. Atamın öz əlləri ilə əkdiyi 3 tut ağacından biri qalmışdı. İşğaldan sonra ilk dəfə həyətimizə qədəm basanda mən o tut ağacını öz doğmam kimi qucaqladım. Bu görüntü xətrinə deyildi. Atamın əlləri toxunmuş o ağacı qucaqlamaq bu hissi yaradırdı məndə”,- deyə Polad Bülbüloğlu qeyd edir.
O, güllələnən abidələrlə bağlı tarixçəni də danışdıqca Böyük Öndərin 30 il sonra reallaşan düşüncələrinə, uzaqgörənliyinə bir daha heyran olursan.
“Mən mədəniyyət naziri olan zaman təsadüfən Şuşadan aparılmış abidələr barədə xəbər tutdum. Abidələr Gürcüstanda idi. Məsələni ümummilli liderimiz Heydər Əliyevə məruzə elədim. O da dərhal lazımi göstərişlər verdi, abidələr Bakıya gətirildi. Heydər Əliyev mənə dedi ki, vaxt gələcək biz bu abidələri mütləq Şuşaya qaytaracağıq. Gələcək nəsillər bu tarixi xatırlasın deyə. Allah nəsib elədi, onun vəsiyyətini oğlu yerinə yetirdi, cənab İlham Əliyev həmin abidələri Şuşaya apardı və təntənəli şəkildə şəhər meydanına yerləşdirdi”.
Bülbülün evi iki otaq və eyvandan ibarətdir. Bülbül bu evdə uşaqlıq illərini keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdı.
Hazırda Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, yaradıcılığını əks etdirən sənəd və şəkillər, konsert afişaları, qədim patefonu nümayiş etdirilir. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən çoxlu sayda sənəd toplanıb.
Şuşa ərazi baxımından kiçik olsa da, Azərbaycanın mədəniyyət beşiyidir. Hər daşı tarix qoxuyur. Hər küçəsində ölkəmizin ictimai həyatında önəmli iz buraxmış bir məşhur şəxsiyyətin ata ocağı yerləşib. Çox tezliklə biz mədəniyyət paytaxtımızı ən abad, ən müasir, ən gözəl şəhər olaraq görəcək və dünyaya göstərəcəyik.
Bir ovuc torpağına yüzlərlə can fəda edilmiş Kəbəmiz Şuşada yenə bülbüllər ötəcək. Xarı bülbül başqa torpaqlarda kök salmadığı kimi, Şuşam da yadlara yar olmadı, yurd olmadı, yolumuzu gözlədi. O bizi, biz onu bu qədər sevdiyimiz müddətcə bu ölümsüz sevda dillərə dastan olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

