Operativ informasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas olmağa kömək edəcək
16.09.2010 [09:48]
Dünən Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının yüksək səviyyədə təşkil olunduğunu və bu mötəbər tədbirdə səmərəli fikir mübadiləsi aparıldığını qeyd edib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynadığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Azərbaycan MDB-nin işində fəal iştirak etmək əzmindədir. Biz müxtəlif formatlarda - həm humanitar sahədə, həm iqtisadi əməkdaşlıqda, həm də əlbəttə ki, təhlükəsizlik və sabitliyin təminatında fəal iştirak edirik. Bilirəm ki, bizim təhlükəsizlik orqanları ilə MDB ölkələrinin təhlükəsizlik orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyət mövcuddur. Mən bunu alqışlayıram. çox şadam ki, dost MDB ölkələrini təmsil edən həmkarlarımız fəal əməkdaşlıqda maraqlıdırlar. Biz ümidvarıq ki, bu cür əməkdaşlıq davam etdiriləcəkdir”.
Dövlətimizin başçısı MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının beynəlxalq terrorizm, ekstremizm, radikalizm və müasir dövrün bu qəbildən olan digər çağırışlarına qarşı layiqincə mübarizə aparmağa daha güclü təkan verəcəyinə əminliyini vurğulayaraq deyib: “Mən əminəm ki, ölkələrimizin təhlükəsizliyinin tam şəkildə təmin edilməsi qonşular, tərəfdaşlar, dost ölkələrlə sıx əməkdaşlıq yolu ilə mümkündür. Bu gün dünyada təkcə dövlət və təhlükəsizlik orqanlarının texnologiya və imkanları genişlənmir, təəssüf ki, insanlarımızın dinc həyatına qəsd etmək, təşviş və xaos yaratmaq istəyənlər də qabaqcıl texnologiyaları əldə edirlər. Təbii ki, siz bunu daha çox və daha yaxşı bilirsiniz. Əminəm ki, operativ informasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas olmağa kömək edəcəkdir”.
Prezident İlham Əliyev MDB ölkələrinin qarşılıqlı səmərəli əməkdaşlığının və birgə səylərinin regionda, ümumilikdə dünyada təhlükəsizliyə təminatın yaradılmasında mühüm rol oynadığını deyib. Dövlətimizin başçısı xüsusi qeyd edib ki, planetdə heç bir, o cümlədən, ən güclü ölkələrin belə beynəlxalq terrorizm kimi qlobal təhlükələrdən tam sığortalanmadığı indiki vaxtda MDB ölkələrinin səylərini daha da artırması olduqca vacibdir. Prezident İlham Əliyev ümumi amallar naminə MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının iştirakçılarına uğurlar arzulayıb.
MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov görüşdə iştirak edən nümayəndə heyətləri rəhbərləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, MDB ölkələrinin xüsusi xidmət orqanları səyləri birləşdirmək üçün əlaqələri daha da möhkəmləndirir, mütəmadi fikir və təcrübə mübadiləsi aparır.
Qonaq MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin XI iclasında beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınmasında ehtiyat imkanların hərtərəfli araşdırıldığını və faydalı fikir mübadiləsi aparıldığını qeyd edib. Mixail Fradkov Bakıda gördüklərinin onlarda zəngin təəssürat doğurduğunu və bunu Azərbaycanın ümumi inkişafının konkret nümunəsi kimi dəyərləndirdiklərini xüsusi vurğulayıb. O, MDB ölkələrinin xüsusi xidmət orqanlarının qarşıda duran ümdə vəzifələrin həlli üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

