Münaqişənin həll olunmamasının əsas səbəbkarı işğalçı Ermənistandır
31.10.2010 [23:50]
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi 16 ildir ki, davam edir. Bu vaxta qədər dəfələrlə konfliktin ədalətli həllinə imkanlar yaransa da, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən, heç bir konkret nəticə əldə olunmayıb. Prezident İlham Əliyev bu günlərdə Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin milli telekompaniyasına, “Profil-Ukrayna” jurnalına və “Den” qəzetinə müsahibəsi zamanı da sözügedən məsələyə toxunub: “Bu münaqişənin nə üçün həll edilməməsinin səbəbinə gəldikdə isə, əsas səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi, Ermənistanın bu münaqişəni həll etmək istəməməsi, eləcə də, status-kvonun saxlanmasının Ermənistanın mənafelərinə xidmət etməsi barədə onun yanlış təsəvvürüdür. Erməni tərəfi tənzimləmə prosesini hər vasitə ilə ləngitməyə çalışır”.
Bəli, bu bir həqiqətdir ki, rəsmi Yerevanın dəfələrlə danışıqlardan yayınmaq üçün müxtəlif bəhanələr gətirməsi, müzakirə olunaraq razılaşdırılmış məsələlərə təkrarən qayıtması prosesi uzatmaqdan başqa heç bir məqsəd daşımır. O da məlumdur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun xeyli müddətdir ki, Madrid təkliflərinin yenilənmiş variantını irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi bu təklifə nə “hə”, nə də “yox” cavabı verərək konkret mövqe bildirməkdən çəkinir. çünki Ermənistanın danışıqlarda iştirakı, əslində, imitasiya xarakteri daşıyır. Müxtəlif səviyyəli görüşlərdə iştirak etməklə rəsmi Yerevan dünya birliyini münaqişənin həllində guya maraqlı olduğunu nümayiş etdirmək istəyir. Lakin görünən odur ki, işğalçı ölkə mövcud status-kvonun saxlanmasına çalışır.
Ermənistanın bu siyasəti beynəlxalq hüquqa tamamilə ziddir. Prezident İlham Əliyevin ukraynalı jurnalistlərə müsahibəsində də qeyd etdiyi kimi, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunun təsdiqi kimi, BMT Təhlükəsizlik Şurasının (TŞ) erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsi, Avropa Şurasının, AŞ PA-nın, ATƏT-in, İKT-nin qərar və qətnamələrini göstərə bilərik. Ermənistan isə illərdir ki, beynəlxalq birliyin tələblərini heçə sayır, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirir. Beynəlxalq təşkilatların özlərinin qəbul etdikləri qərarların Ermənistan tərəfindən yerinə yetirilməsində israrlı olmaması isə işğalçını daha da şirnikləndirir. Münaqişənin həlli ilə birbaşa məşğul olan ABŞ, Rusiya və Fransanın Ermənistana qarşı sərgilədiyi mövqe də bu baxımdan çox vacibdir. Minsk qrupu ilə yanaşı, BMT TŞ-nin daimi üzvü olan bu dövlətlər Ermənistanın işğalçı siyasətinə cavab olaraq bu ölkəyə ciddi təzyiq göstərməlidirlər. Dövlət başçısının da bildirdiyi kimi, işğalçı ölkənin törətdiyi hərbi cinayətlərə göz yumulması bu əməllərin gələcəkdə daha da genişləndirilməsi təhlükəsini yaradır: “İşğal edilmiş ərazilərdə hərbi cinayətlər törədilmiş, Xocalı şəhəri tamamilə məhv edilmiş, azərbaycanlılara qarşı soyqırımı törədilmiş, 613 nəfər dinc sakin, o cümlədən, yüzdən çox uşaq qətlə yetirilmişdir. Yəni, bu qanlı hərbi cinayətlərin əksəriyyəti dünya birliyinin diqqətindən kənarda qalmışdır. Bu isə, təcavüzkarın Azərbaycan torpaqlarını bundan sonra da işğal etmək iştahasını artırmışdır”.
Bəli, bu gün Azərbaycan tərəfi dünya birliyindən Ermənistanın törətdiyi cinayətlərə adekvat münasibət gözləyir. Məlum olduğu kimi, bu yaxınlarda ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş rayonlarında müşahidələr aparıb və ümid edirik ki, missiyanın müşahidənin nəticələri ilə bağlı hazırlayacağı yekun hesabat işğal altındakı ərazilərdəki durumu obyektiv əks etdirəcək. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edən nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar problemin ədalətli həllinə daha çox səy göstərməlidir. çünki Ermənistanın konfliktin həllində maraqlı olmadığı artıq məlumdur. Azərbaycan isə torpaqlarını hərbi yolla azad etmək üçün hüquqi əsasın olmasına baxmayaraq, məsələni diplomatik yolla nizamlamaq məqsədilə uzun illərdir ki, danışıqlar aparır. Lakin danışıqlar prosesi əbədi davam edə bilməz və Azərbaycanın səbri tükənməz deyil. Buna görə də, münaqişənin tezliklə həllini tapması üçün işğalçı Ermənistana ciddi beynəlxalq təzyiqlər göstərilməlidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

