Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub
30.12.2010 [10:11]
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Jurnalistlərin dostu” mükafatı mediaya qayğı göstərən görkəmli dövlət və hökumət xadimlərinə, şəxsiyyətlərə verilir. Sonuncu dəfə bu mükafat ümummilli lider Heydər Əliyevə təqdim olunub.
Bildirilib ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 xəbər portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz” sualını cavablandırmaq xahiş edilib. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab edib.
Əflatun Amaşov qeyd edib ki, bu sorğunun nəticələri Prezident İlham Əliyevin mətbuat sahəsində uğurlu siyasətinə, jurnalistlərə və jurnalist təşkilatlarına göstərdiyi diqqət və qayğısına Azərbaycan jurnalistlərinin verdiyi yüksək qiymətdir.
Sonra mükafat Prezident İlham Əliyevə təqdim edilib.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Prezident İlham Əliyev bu günü həyatının ən əlamətdar günlərindən biri kimi səciyyələndirib və Onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib. “çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi davam etdirəm və demokratik islahatların aparılmasında hər zaman fəal olam”, - deyən Prezident İlham Əliyev bir məqamı da vurğulayıb ki, ölkədə söz və mətbuat azadlığı təmin olunub. Bu da müstəqilliyin bizə verdiyi imkanlardan biridir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda müstəqil, azad mətbuat müstəqilliyin ilk illərində yaransa da onun sistemli inkişafı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra mümkün olub. Bu sahədə əsaslı dönüş 1998-ci ildə Ulu öndərin mətbuat üzərində senzuranın ləğvi barədə imzaladığı Sərəncamla başlayıb. Hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir. “Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyildir”, - deyən dövlətimizin başçısı mətbuatın inkişafı prosesinin ölkədə uğurla davam etdiyini bildirib. Qeyd edib ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya əldə etmək imkanlarını genişləndirmək və yüksək səviyyədə təmin etməkdir.
ölkədə demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının böyük rol oynadığını deyən Prezident İlham Əliyev müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda güclü, müstəqil mətbuatın formalaşdığını da diqqətə çatdırıb. Bu məsələdə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkədə gedən inkişaf proseslərindən də danışıb, Azərbaycanın uğurlu tərəqqisinin artıq reallıq olduğunu deyib. Bildirib ki, bunu beynəlxalq təşkilatların reytinqləri də təsdiqləyir. Prezident İlham Əliyev əmin olduğunu vurğulayıb ki, gələcəkdə də Azərbaycan inkişaf yolu ilə gedəcək və ölkədə mövcud vəziyyət buna imkan verir.
Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını deyən Prezident İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. “Biz hücum diplomatiyası aparırıq”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox olacaq.
Dövlətimizin başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcək. Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır. Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatını almaqdan məmnun olduğunu deyib və bir daha minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin bundan sonra da mediaya öz dəstəyini davam etdirəcəyini deyib və ölkəmizdə müasir jurnalistikanın formalaşmasının əsas istiqamət kimi götürüldüyünü bildirib.
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olmuş 50 jurnalist mükafatlandırılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qalib gələn jurnalistlərə diplomları təqdim edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

