Üst-üstə düşən maraqlar
21.09.2022 [09:56]
Mübariz FEYİZLİ
Qlobal miqyasda nüfuzu getdikcə artan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) daha bir sammiti başa çatdı. Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində baş tutan tədbirdə yekun sənəd kimi Bəyanat qəbul olunub. Sənəddə üzv dövlətlərin təşkilatın gələcək inkişafına, eləcə də regional və qlobal gündəliyin aktual məsələlərinə uzlaşdırılmış münasibətləri ifadə olunub. Üzv dövlətlər arasında praktiki müstəvidə əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin və təhlükəsizliyin təmin olunması, davamlı iqtisadi inkişafa nail olunması, həmçinin mədəni dialoqun dərinləşdirilməsi belə aktual məsələlər sırasında yer alır.
ŞƏT-Azərbaycan əməkdaşlığı
Şanxay Əməkdaşlıq Təşkilatının əsası Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə qoyulub. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişlənib. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə bu dəfə beşliyə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalanıb. Səmərqənddə keçirilən son Samitədək ŞƏT-də 8 üzv dövlət (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzv (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) təmsil olunurdu. Səmərqənddə İran da Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün memorandum imzalayıb. Sənəd sentyabrın 15-də ŞƏT-in Səmərqənddə baş tutan Zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın Baş katibi Çzan Min arasında imzalanıb. ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon km 2 (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4).
Yuxarıda qeyd olunduğu kimi, bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT-in Səmərqənddə baş tutan budəfəki sammitinə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində qatılıb.
Terrorizmə, separatçılığa qarşı birgə mübarizə
ŞƏT-in Səmərqənd sammitində qəbul edilən Bəyanatında yer alan ayrı-ayrı müddəalar qurumun dialoq tərəfdaşı olan Azərbaycanın həyata keçirdiyi siyasətlə tam üst-üstə düşür və ölkəmizin üzv dövlətlərlə və bütövlükdə təşkilatla əlaqələrinin dərinləşməsinə yeni imkanlar yaradır. ŞƏT-in fəaliyyət prioritetləri sırasında terrorizmə, ekstremizmə, separatçılığa qarşı mübarizə xüsusi yer tutur. Təsadüfi deyildir ki, qurum “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” ayrıca Konvensiya qəbul edib. Bu kimi müddəalar Səmərqənddə qəbul olunan Bəyanatda da yer alıb.
ŞƏT-in bəhs olunan istiqamətlərdə fəaliyyəti, həmçinin Azərbaycanın da maraqları ilə tam üst-üstə düşür. Azərbaycan son 30 ildə Ermənistanın terrorizm, separatçılıq və ekstremizm siyasətindən əziyyət çəkən ölkədir. Təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərindən başlayaraq havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini öz nəzarəti altına aldı və burada qanunsuz məskunlaşma siyasəti apardı. Həmin ərazilərdən azərbaycanlılar son nəfərədək qovuldular. Üç onillik ərzində mənfur düşmən işğal altında saxladığı ərazilərdə ölçüyəgəlməz vandalizm əməlləri törədib, bütün yaşayış məntəqələrini dağıdaraq talayıb, ekologiyamıza, mədəni irsimizə böyük ziyan vurub. Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə və sabitliyə də ciddi təhdidlər yaradırdı. Anlaşılmaz hal idi ki, Ermənistanın terrorizmə, separatçılığa əsaslanan siyasətinə qarşı beynəlxalq səviyyədə adekvat addımlar atılmırdı. Səmərqənddə qəbul olunan Bəyanatda bir dövlətin öz təhlükəsizliyini başqa dövlətlərin təhlükəsizliyi hesabına təmin etməsinin yolverilməzliyi xüsusi vurğulanıb. İşğalçı Ermənistan üç onillik ərzində beynəlxalq hüquqa arxa çevirərək məhz belə davranış sərgiləyib. Ancaq nə qədər təəccüblü görünsə də, bu ölkə qınaqlarla, sanksiyalarla üzləşmədi. Nə üçün Azərbaycan ərazi bütövlüyünü təkbaşına, yalnız öz gücünə təmin etmək məcburiyyətində qaldı? Hansı səbəbə görə beynəlxalq hüquq bir halda işləyir, digər hallarda isə ona məhəl qoyan olmur? Nə qədər ki, belə ikili yanaşmalar qalacaq, dünya separatizmdən, terror təhlükələrindən xilas ola bilməyəcək. Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatının bir daha terrorizmə, separatçılığa, ekstremizmə qarşı koordinasiya olunmuş fəaliyyətə çağırış etməsi təqdirəlayiq haldır. Biz bu kimi halların fəsadlarını yalnız Cənubi Qafqazda müşahidə etmirik. Belə hallar Yaxın Şərqdə, Mərkəzi Asiyada və digər bölgələrdə də yaşanır. Xilas yolu isə ikili standartlara son qoyulmasındadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Səmərqənd sammitində beynəlxalq təşkilatların fəaliyyətində səmərəliliyin artırılmasının zəruriliyini gündəmə gətirib. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın təqdim etdiyi imkanlar
Sıraları getdikcə genişlənən ŞƏT-in fəaliyyətində nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya, “yaşıl iqtisadiyyat” kimi çağırışlar mühüm yer tutur. Qeyd olunan çağırışlar, həmçinin Azərbaycanın gündəliyinin prioritetləri ilə uyğunluq təşkil edir. Məsələn, nəqliyyat sektorunda ŞƏT-lə əməkdaşlığı genişləndirmək üçün respublikamızın geniş imkanları var. Sammitdəki çıxışında bu barədə geniş məlumat verən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Respublikamız 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Yaradılan güclü infrastrukturun nəticəsidir ki, bu ilin ilk 7 ayında ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmi 50 faizə yaxın artıb. “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlığın genişlənməsi üçün təqdim etdiyi imkanlar daha da genişlənəcək. Buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev “2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06

