Azərbaycan Avropanın enerji gələcəyinə öz töhfəsini verəcək
02.02.2011 [10:06]
Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə olunan məsələlərin əsas mövzusu qlobal iqtisadiyyatın başlıca tələblərindən biri olan dövlətlər arasında sıx inteqrasiyanın dərinləşdirilməsi, enerji dəhlizlərinin genişləndirilməsi ilə bağlı oldu. Dünya dövlətlərinin liderləri qlobal böhrana qarşı mübarizə proqramlarının effektivliyinin artırılması və yeni əməkdaşlıq platformalarının yaradılması barədə çoxsaylı təşəbbüslərlə çıxış etsələr də, başlıca mövzu yenə də enerji təhlükəsizliyinin gücləndirilməsindən ibarət idi. ötən illərdəki forumlardakı kimi Avropa dövlətlərinin hökumət başçıları trans-enerji şəbəkələri sisteminin yaradılması üzərində daha çox dayandılar.
Davos görüşlərində bir çox ölkələrin dövlət başçılarının və hökumət nümayəndələrinin, eləcə də, iri şirkətlərin, biznes dairələrinin çıxışları göstərdi ki, Avropa ölkələri gələcək enerji təminatını həll etmək üçün Xəzər regionu dövlətləri ilə daha intensiv əməkdaşlıq etmək niyyətindədir. ümumiyyətlə, Mərkəzi Asiya-Xəzər bölgəsinin hansı strateji əhəmiyyətə malik olması forum zamanı diqqəti çəkən əsas məqamlardan biri kimi yadda qaldı. Tədbirin ilk günündə “Avropanın enerji gələcəyi” mövzusunda keçirilən sessiyada da məhz Xəzər regionunun yanacaq-enerji potensialı və bu bölgənin resurslarının yeni marşrutlarla Qərbə nəqli müsbət qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin sessiyada iştirak edib və respublikamızla Avropa arasında sıx əməkdaşlıq meyillərinin dərinləşməsindən bəhs edib. Dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolundan danışaraq Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə, “Cənub dəhlizi” çərçivəsində nəzərdə tutulan layihələrin perspektivlərinə toxunub: “Biz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla bir çox məsələlərlə bağlı sıx işləyirik. Biz enerji və nəqliyyat sahəsində çalışırıq. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. çünki həmin dəmir yolu çindən başlayıb Avropaya qədər gedəcəkdir. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaqdır”.
Prezident İlham Əliyev Azərbaycanın neft ölkəsi kimi tanınmasına baxmayaraq, son illərdə nəhəng qaz yataqlarının aşkar edilməsi sayəsində respublikamızın bölgədə iri yanacaq tədarükçüsünə çevrildiyini qeyd edib. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,2 trilyon kubmetrə bərabər olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin həyata keçirdiyi şaxələndirmə siyasəti nəticəsində Avropanın və Asiyanın bir çox dövlətlərinin qaza olan tələbatının ödənilməsində mühüm rol oynadığını xatırladıb.
Dövlətimizin başçısı Azərbaycanın neft və qaz marşrutlarının ixracında çoxşaxəlilik və çoxvektorluluq strategiyasına üstünlük verdiyini vurğulayıb. Azərbaycan zəngin qaz ehtiyatları ilə Mərkəzi və Şərqi Avropa ilə bərabər, Asiya və Balkan regionunu da yanacaqla təchiz etmək imkanlarına malikdir. Məsələn, hazırda ixrac qazının əsas mənbəyi olan “Şahdəniz” yatağından Faza-3 çərçivəsində ildə 15 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq. Digər yataqlardan, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Azərbaycan 2015-2020-ci illərdə Avropanın 20-yə yaxın ölkəsini qazla təmin etmək gücünə malik olacaq.
Xatırladaq ki, Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük əhəmiyyət kəsb etməsi ilə xüsusi maraq doğurub. Azərbaycan Prezidentinin vurğuladığı məsələlər dünya liderləri və aparıcı iqtisadi-analitika mərkəzləri tərəfindən böyük maraqla qarşılanıb. Bu tendensiya bir daha onu təsdiq edir ki, Avropa İttifaqı dövlətləri ümumdünya problemləri, qlobal layihələr barədə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə ehtiyac duyurlar. Onlar beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərmiş olurlar. Respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və ümumdünya masştablı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir. Eyni zamanda, qlobal böhrandan ən az itki ilə çıxan və dinamik inkişaf tempini davam etdirən Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət dünya ölkələrinin diqqətini cəlb edib və respublikamızın hazırladığı mükəmməl antiböhran proqramının bir çox istiqamətləri təqdir olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində bir çox ölkələrin dövlət başçıları, hökumət üzvləri, nüfuzlu siyasi liderlər, iri şirkətlərin rəhbərləri ilə görüşərək ikitərəfli qarşılıqlı əməkdaşlığın perspektivləri barədə geniş müzakirələr aparıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47

