Ağdam-Xankəndi yolu açıldıqdan sonra...
31.08.2023 [10:40]
Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər
İlham Əliyev: Siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk... Bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək!
Xəbər verildiyi kimi, avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Telefon danışığında dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Azərbaycanın prinsipial mövqeyi
Qalib Azərbaycanla məğlub Ermənistanın postmüharibə mərhələsində sülhyaratma prosesinə yanaşmaları bir-birindən kəskin şəkildə fərqlənir. Ölkəmiz sülh prosesinə sadiqdir. Ermənistana gəldikdə isə bu ölkə hələ də revanşizm mövqeyindən çıxış edir və sülh prosesini dalana salmaq məqsədilə müxtəlif manipulyasiyalara əl atır. Qarşı tərəf, həmçinin Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurub. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənsə də və buradan ermənilərin keçidi tam təmin olunsa da, Ermənistan yeni təxribatlara əl atdirdi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Xankəndiyə gediş-gəliş üçün daha rahat və daha qısa Ağdam-Xankəndi marşrutunu təklif etməsinə rəğmən, Ermənistan, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yuva salan separatçı rejim və onların xaricdəki havadarları Xankəndidə erməni əhalinin hansısa “humanitar böhranla” üzləşdiyi barədə əsassız hay-küy qaldırıblar. Əgər Xankəndidə doğrudan da hansısa məhsullar çatışmırsa, onda nə üçün ermənilər və onların havadarları hikkə ortaya qoyub Azərbaycanın təklif etdiyi marşruta “yox” deyirlər. Deməli söhbət hansısa “humanitar böhrandan” deyil, qərəzli siyasi məqsədlərdən gedir.
Buna görə də ölkəmiz təklif etdiyi variantda israrlıdır. Telefon danışığında Prezident İlham Əliyev dövlətimizin prinsipial mövqeyini bir daha nəzərə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını xatırladıb. Prezident İlham Əliyev vurğulayıb ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Eyni zamanda, Prezident İlham Əliyev bu gün (avqustun 29-da- red.) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Fransanın anlaşılmaz və ziddiyyətli yanaşması
Cənubi Qafqazda marağı olan ayrı-ayrı ölkələr və bəzi beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində anlaşılmaz və ziddiyyətli mövqedən çıxış edirlər. Bu sırada Ermənistanı “kiçik bacı” adlandıran Fransa da yer alır. Telefon danışığında Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Ancaq Fransanın dövlət başçısının və digər rəsmilərinin sərgilədikləri mövqe, mətbuata verdikləri açıqlamalar E.Makronun təkliflərində səmimi olduğuna inamsızlıq yaradır. Onun özü dəfələrlə Ermənistanın yanında olduğunu, bu ölkəni daim dəstəkləyəcəyini dəfələrlə dilə gətirib. Son olaraq E.Makron, eləcə də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna səfirlər konfransında reallıqdan uzaq, sülhyaratma prosesinə xələl gətirməyə hesablanan absurd fikirlər səsləndiriblər. Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
Telefon zəngləri ola bilər...
Yuxarıda sadalanan faktlar Fransanın hansısa yollarla Azərbaycana təzyiq göstərmək ambisiyalarında olmasından xəbər verir. Yeri gəlmişkən, Emmanuel Makron 44 günlük Vətən müharibəsi günlərində də tez-tez Azərbaycanın dövlət başçısına telefon açırdı. Əslində, Fransadakı güclü erməni lobbisinin dili ilə danışan E.Makron Azərbaycandan müharibəni dayandırmağı istəyirdi. Onun təkidləri səmərəsiz idi. Çünki Fransanın dövlət başçısı “müharibənin dayandırılması” istəyini dilə gətirərkən Azərbaycanın və onun Liderinin qətiyyətini, iradəsini nəzərə almırdı. Ancaq bütün dünya gördü və hazırda da şahidi olur ki, bu iradə çox güclü və qarşısıalınmazdır. Bizim qətiyyətli mövqeyimizi gücləndirən həm də beynəlxalq hüquq və tutduğumuz ədalətli mövqedir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk.
Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək!
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

