Qərbin Şərq qapısına “empirik baxış”ı
01.12.2023 [10:00]
III yazı
Böyük Britaniyadan Avropaya xəbərdarlıq…
Qərb - Şərq münasibətləri bircins deyil. Başqa sözlə, Qərbin müasir Şərq anlayışının coğrafi mahiyyəti iqtisadi mahiyyətindən daha məhduddur. Belə olmasaydı, Mərkəzi Asiya və Şərqi Asiya siyasətləri fərqli statusda ortaya qoyulmazdı. Belə olmasaydı, Yaxın Orta Şərqə münasibətdə fikirlər haçalanmazdı - düzdür, burada da korporativ maraqlar öz sözünü deyir, amma hər bir halda prosesə “kollektiv Qərb” kimi başlayan “qütbün” Şərq səhralarında “azması” güc itkisinə yol açır ki, bu da açıq-aydın görünür. “Şərq ekspresi”ndə yer almaq istəyən Qərbin arzularının da bircins olmaması hazırki görüntünü ortaya çxarır...
Cənubi Qafqaz - yeni xəritənin siyasi uzlaşma məntəqəsi...
Adi bir fakt - Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Şərq-Qərb münasibətlərində yeni mərhələ başlatdı. XXI əsrin ən mühüm suallarından və problemlərindən sayılan “qlobal yol xəritəsi” məsələsinin Cənubi Qafqaz stansiyasında sabitliyin bərpa olunması, separatizmin aradan qaldırılması, terror təhdidinin birmənalı istisna edilməsi, fikir ayrılıqları məsələsinin həllini tapması və ya minimuma endirilməsi (bu, Ermənistanın sülhlə bağlı mövqeyinə uyğun olaraq tənzimlənəcək) münasibətlərin kompleks şəkildə yenidən gözdən keçirilməsi zərurətini formalaşdırır. Axı, Azərbaycan bölgənin ümumi mənzərəsinə yeni ştrixlər əlavə edib. Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr lokal antiterror tədbirləri bunun ən bariz sübutu, ən real arqumentidir. Ərazisindəki separatizmin başını əzən Azərbaycan, bütövlükdə, Cənubi Qafqaz - Mərkəzi Asiya, Cənubi Qafqaz - Cənubi Asiya (Körfəz ölkələri), Cənubi Qafqaz - Yaxın Orta Şərq (Aralıq hövzəsi) xəttləri üzrə əlaqələrin dinamizm qazanmasına töhfə verir:
- Lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi Qafqazı sülh və sabitlik adası kimi real geosiyasi mahiyyətlə səciyyələndirir;
- Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qlobal iqtisadi prizmadan baxış sərgilənməsini şərtləndirir;
- Geosiyasi coğrafiyada nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün mövcud problemlərin aradan qaldırılması üçün presedent formalaşdırır;
- Qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin yaradır.
Azərbaycanın yeni iqtisadi-siyasi nizamdakı rolunun və fəal iştirakının ildən-ilə artması bu kimi mühüm amillərlə əlaqədardır. Azərbaycan Cənubi Qafqazı maraqların savaşı müstəvisindən maraqların uzlaşdırılması müstəvisinə daşımağı bacarıb...
Bakının rolu - Qərb üçün Şərqdə, Şərq üçün Qərbdə təhlükəsizlik...
Və nəticə... İqtisadi maraqların uzlaşması həm Avropa, həm də Şərq üçün ən vacib şərt kimi qəbul edilən sülhün (siyasi uzlaşmaların) əldə olunması üçün münbit mühit yaradıb. Məsələn, Britaniyanın mövqeyi bunu açıq şəkildə özündə əks etdirir. Azərbaycanın Avropadan uzanan və Uzaq Şərqə yol alan iqtisadi xəttin bütün stansiyaları üzrə təsir imkanlarına malik olması dövlət naziri Leo Dokertin “Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı” fikrini növbəti dəfə təsdiqləyir. Bu gün Şərqi, Cənubi, hətta Mərkəzi Avropanın əsas enerji təminatçılarından biri qismində Azərbycan çıxış edir. Yeni enerji layihələri qlobal dünyanın gələcəyinin ən mühüm nüansını - yaşıl enerjini özündə əks etdirir. Qara dəniz hövzəsi üzrə reallaşan bütün qlobal tədbirlərdə ən fəal iştirakçı rəsmi Bakıdır. Cənubi Qafqazın əsas ölkəsidir, Mərkəzi Asiyanın ən yaxın iqtisadi partnyorudur və Mərkəzi Asiyaya “keçid yolu”dur. Ərəb dünyası ilə mühüm sərmayə müqavilələrinə malikdir - qarşılıqlı maraqlara söykənən münasibətlər siyasi-iqtisadi uzlaşmanı təmin edir ki, bu, həm də Qərb üçün müsbət tendensiyadır. Aralıq dənizi hövzəsi ölkələri ilə ticari-iqtisadi, həm də siyasi əməkdaşlığa malikdir. Yaxın Orta Şərq ilə əlaqələrini günü-gündən gücləndirir. Bu tablonun proyeksiyası Qərb üçün gözqamaşdırıcı olduğu qədər təhlükəsizlik mesajıdır. Azərbaycanın Qərbin şərq qapısında yaratdığı yeni siyasi, iqtisadi situasiya, əməkdaşlıq formulu yeni dövr üçün sabit əlaqələri stimullaşdırır. Artıq hər kəs arxayındır - Şərq Qərb ilə ticarətini (bütün sahələr üzrə) Azərbaycanın qarantiyası ilə gücləndirir, Qərb isə Şərq yolunun əsas təmsilçisi kimi Bakının “nəzarətinə” arxayındır. Beləliklə, yeni siyasi nizamın mərkəzi kimi Cənubi Qafqaz, yeni münasibətlərin tənzimləyicisi kimi isə Bakı çıxış edir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46

