Azərbaycanın qətiyyəti İrəvanı yola gətirir...
02.12.2023 [10:29]
Cənubi Qafqazda davamlı sülhə nail olunması şərtdir
2020-ci il Vətən müharibəsinin yekunları regionda yeni geosiyasi reallıqlar formalaşdırdı ki, bu reallıqlardan biri də Cənubi Qafqazda davamlı sülhə nail olunması şərtidir. Ötən 3 ildə Azərbaycan bununla bağlı kifayət qədər addımları ilə seçildi - həm Soçi, həm də Brüssel formatları üzrə aparılan danışıqların uğurla nəticələnməsi üçün səy göstərdi. Hətta 2022-ci ilin mart ayında sülhün bağlanması üçün əlverişli mühitin formalaşdırılmasına xidmət edəcək, beynəlxalq hüquqa və ədalətə söykənən şərtləri qarşı tərəfə təqdim etdi.
Təəssüfləndirici haldır ki, Ermənistan ötən dövr ərzində sülhün reallaşması üçün lazımi mövqeni nümayiş etdirə bilmədi - tam əksinə, prosesin fərqli məcrada inkişaf etməsi, hətta belə demək mümkündürsə, razılaşmanın əldə olunmaması üçün bütün gücünü “səfərbər” etdi. Uzun müddət öz silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmaqdan boyun qaçıran Ermənistan nəticə etibarı ilə sülhə mane oldu. Beləliklə də, Azərbaycan 2020-ci ilin sentyabrında olduğu kimi 2023-cü ilin sentyabrında özünün beynəlxalq konvensiyalara əsaslanan hüquqlarının təmini üçün hərəkətə keçdi - 2023-cü il lokal antiterror tədbirləri regionda separatizmin sonunu gətirdi, qondarma xuntanın ləğvinə yol açdı.
Ermənistan Azərbaycanın şərtləri ilə razıdır...
Vurğulanmalıdır ki, son bir ildə Ermənistan tək bu məsələ ilə bağlı deyil, həm də digər razılaşmalardan boyun qaçırmaqla, prosesin ləngidilməsinə xidmət edən mövqe sərgiləməklə seçilib. Kommunikasiyaların açılmasına mane olmaq, delimitasiya prosesinin uzanmasına şərait yaratmaq, anklavlarla bağlı məsələyə aydınlıq gətirmək əvəzinə, daha da qəlizləşdirilməsinə çalışmaq, ən əsası isə fərqli maraqları danışıqlar prosesinə cəlb etmək istəyi Ermənistanın destruktiv yanaşmasından xəbər verirdi. Xüsusilə, ötən bir ildə Fransanın ciddi-cəhdlə prosesdə iştirakını təmin etməyə çalışan İrəvan bununla “davamlı sülh” istəyində qeyri-səmimi olduğunu ortaya qoyub. Ötən ilin dekabında ilk dəfə Fransanın prosesdə iştirak etməsi ilə bağlı Ermənistanın “arzusu” danışıqların təxirə salınmasına yol açmışdı. Sonrakı mərhələdə özünü “himayədar” şəklində prosesə qoşmaq arzusu Parisin yeni oyunlarından xəbər verirdi. Bu dövlətin hətta beynəlxalq hüquqa qarşı gələrək Azərbaycana yönəlik təzyiq kampaniyaları təşkil etməsi sülhdən çox, yeni eskalasiya axtarışında olduğunu deməyə əsas verirdi.
Mirzoyanın “kəşfi”...
Amma bəlli olduğu kimi, heç bir güc və ya təzyiq Azərbaycanı öz qətiyyətindən döndərə bilməz. Ölkəmiz heç bir zaman təhdid qarşısında geri çəkilməyib - bunu əməli şəkildə ortaya qoymuşuq. Məhz bu qətiyyətin nəticəsidir ki, Ermənistan prosesin gələcək inkişafı ilə bağlı öz mövqeyində korrektələr etmək məcburiyyətində qalıb. Dünənə qədər Fransadan silah alaraq regionda yeni təhdid mühiti formalaşdırdığını “nümayiş etdirən” Ermənistan artıq sülh müqaviləsinin “yekunlaşdırılmasının zərurətindən” bəhs açır. Məsələn, Skopye şəhərində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır. O xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır. “Bu, Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlı tanınması əsasında regionda kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir”, - o əlavə edib.
Azərbaycanın iki il öncə dediklərini...
Maraqlıdır ki, Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın təqdim etdiyi məsələlərdən biri dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması idi. Artıq hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb - bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Digər əsas məsələlər isə dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması idi ki, bu da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alırdı. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Ararat Mirzoyanın Skopyedə “bəyan etdiyi” məsələlər dolayısı ilə Azərbaycanın hələ iki il əvvəl irəli sürdüyü təkliflərin “təkrarlanması”, Azərbaycanın mövqeyini gec də olsa təsdiqləməsidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

