Növbəli seçki!
09.02.2024 [10:00]
Cədvəl üzrə növbədənkənar,
Vaxt axarında növbəti,
Məzmunca növbəli və izdihamlı
Son üç ildə respublikamızda epoxal sayıla biləcək hadisələrə şahidlik edirik. Belə hadisələrdən birini də fevralın 7-də yaşadıq. Həmin gün müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində Prezident seçkiləri uğurla baş tutdu. Bu seçkilərin siyasi məna yükü o qədər böyükdür ki, onu xalqımızın son 200 ildə qazandığı ən böyük Qələbə ilə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ilə müqayisə edə bilərik. Ərazi bütövlüyümüzün və suverenliyimızin təmin olunması bizim üçün şərəf və ləyaqət, milli kimliyimizin təsdiqi məsələsi idi. Bunlar nə qədər vacib idisə, ölkəmizdə son Prezident seçkilərinin indiki məqamda keçirilməsinə də bir o qədər ehtiyac var idi. Əslində, Prezident seçkiləri son 30 ildə hər an şüurumuzda və ruhumuzda olan əsas ümummilli ideyamızın reallaşması mərhələsinə yekun vurulması və ümummilli səviyyəli yeni vəzifələrin icrasına start veriləcək yeni mərhələnin başlanğıcı anlamına gəlir.
Bu mənada, Prezident seçkilərinə ölkəmizdə böyük maraq olması anlaşılandır. Ərazi bütövlüyümüzün təmin olunması naminə şəhidlər verən və bununla qürur duyan, qələbələrimizin əsas memarı olan dövlət başçımızla həmrəylik nümayiş etdirən xalqımız, cəmiyyətimizin bütün təbəqələri Prezident seçkilərinə qatılaraq gələcəyimizlə bağlı seçimlərini edəcəkləri günü səbirsizliklə gözləyirdilər.
Fevralın 7-də bütün ölkə ərazisində yaşanan böyük coşqunun şahidi olduq. Prezident seçkiləri növbədənkənar elan olunmuşdu. Ancaq artıq tarixə dönən seçkilər yaddaşlarımızda növbəli seçkilər kimi qalacaq. Dünya praktikasında, siyasi liderlərin karyeralarında Prezident seçkilərinin bu qədər izdihamlı keçməsi çox nadir hallarda rast gəlinib, bəlkə də heç olmayıb. Səhər tezdən seçki hüququ olan vətəndaşlarımız bir halda ailəliklə, başqa bir halda çalışdığı kollektivin üzvləri ilə birlikdə məntəqələrə üz tutdular. Hamı deyib-gülür, hamının üz-gözündə sevinc ovqatı oxunurdu. Səliqəli, bayram əhval-ruhiyyəli məntəqələrin önündə isə onları uzun növbələr gözləyirdi. Seçkiləri izləmək üçün dünyanın müxtəlif ölkələrindən respublikamıza çoxsaylı müşahidəçilər təşrif gətiriblər. Onlar seçki məntəqələrinin qarşısında yaşanan izdihamı, növbələri görəndə heyrətlərini gizlətmirdilər, yarıciddi, yarızarafat bildirirdilər ki, özlüyündə növbələr müşahidəçilər üçün ən tutarlı və təkzibolunmaz faktlardır. Müşahidəçilər “bəlkə bu məntəqədə növbələr nümayiş üçün məqsədli şəkildə yaradılıb” düşüncəsi ilə başqa ünvanlara üz tuturdular. Ancaq yox, hər yerdə onların qarşısına izdiham, coşqu, seçici növbələri çıxırdı.
Seçki məntəqələrində müşahidə edilən uzun növbələr təəssüratlar yaradır. Bunun məntiqi hansı amillərlə bağlıdır? Sualın cavabı olaraq müxtəlif məqamlara diqqət çəkmək mümkündür. Zənnimizcə, burada iki mühüm məqamı qeyd etmək yerinə düşər:
-Lider amili,
-Qalib xalq olmağın yaşantısı.
Seçkilərin elan olunan ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev qalibdir. Buradan hasil olan məntiqi nəticə ondan ibarətdir ki, seçicilər məhz İlham Əliyevin lehinə səs vermək üçün məntəqələrin qarşısında uzun növbələrə dayanıblar. 30 illik işğal dövründə torpaq təşnəsi ilə yanan cəmiyyətimizdə belə bir yekdil qənaət formalaşmışdı ki, hansı lider ərazi bütövlüyümüzü təmin etsə, həmin lider də Azərbaycana rəhbərlik etməlidir. Müzəffər Lider Özünün strateji baxışları, qətiyyəti sayəsində məhz İlham Əliyev oldu.
Qalib xalq olmağın məsuliyyəti də böyükdür. Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, biz heç bir halda qələbələrimizi istismar etməməliyik. Bundan sonra Qələbəmizin əbədi olması naminə çalışmalıyıq. 7 fevral seçim anı idi.
Bu günlərdə ekspertlər və müşahidəçilər seçkilərlə bağlı müxtəlif fikir və rəylər ifadə edirlər. Ümumi qənaət belədir ki, 7 fevral seçkilərini ölkəmizdə 1993-cü ilin 3 oktyabrında keçirilən Prezident seçkiləri ilə müqayisə etmək mümkündür. Yerinə düşən və paralellər aparmaq üçün ciddi əsasları olan müqayisədir. 1993-cü ilin 3 oktyabrında da seçki məntəqələrində izdiham yaşanmışdı. Həmin tarixdə seçicilər müdrik siyasətci Heydər Əliyevin namizədliyinin lehinə səs vermək və bununla da ölkənin taleyini etibarlı əllərə həvalə etmək üçün axın-axın məntəqələrə gəlirdilər. Aradan üç onillik keçəndən sonra da Azərbaycan cəmiyyətinin ümumi fikri ondan ibarətdir ki, respublikamızda siyasi varislik təmin olunmalıdır. Qələbələr, uğurlar yolundan dönməyə haqqımız yoxdur!
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58

