İnsanlıq əleyhinə cinayət
30.03.2024 [10:35]
50 mindən çox azərbaycanlının həyatına son qoyan dəhşətli soyqırım
Azərbaycan xalqının mentalitetində qonşuluq münasibətlərinə xüsusi önəm verilir. Azərbaycanlılar bir qayda olaraq qonşularına xoş münasibət bəsləyir, onların işıqlarının daha gur yanmasını arzulayırlar. Bununla bağlı dilimizdə çoxsaylı aforizmlər də formalaşıb. “Qonşu” sözü özündə bir çox müsbət məqamları ehtiva edir. Bizdə adətdir: Dar məqamda, hansısa çətinliklə üzləşəndə ilk növbədə yaxın qonşunun qapısını döyürsən, ondan yardım istəyirsən. Qonşu da dərhal özünü oda-közə vurur, imkanı daxilində kömək göstərməyə, istəyini qarşılamağa çalışır.
Ancaq vay o gündən ki, qonşun bəd xislətli, xain və xoflu ola. Lap elə ermənilər kimi. Biz tarix boyunca torpaqlarımıza, milli dəyərlərimizə, mədəni sərvətlərimizə, daş abidələrimizə vurulan saysız-hesabsız ziyanları məhz sözün hər mənasında bədnam adlandıra biləcəyimiz qonşularımızdan - ermənilərdən almışıq. Bu toplum 1918-ci il mart ayının axırlarında (30-31-də) xalqımıza qarşı növbəti dəfə insanlıq əleyhinə cinayət - soyqırımı törədib ki, bu da hər bir azərbaycanlının qan yaddaşına yazılıb.
Azərbaycanın bütün bölgələrində törədilən qanlı qətliamlar
Tarixə azərbaycanlıların 31 Mart soyqırımı kimi düşən qanlı hadisələr özlərini dünyaya “mədəni xalq” qiyafəsində təqdim etməyə çalışan ermənilərin iç üzünü, mental dəyərlərini, əslində humanizm hisslərindən uzaqda dayanan bir toplum olduqlarını əyani şəkildə təsdiqləyir. Bəhs olunan hadisələri vəhşiliyin, vandalizmin son həddi kimi də dəyərləndirmək mümkündür. Bəli, tarix boyunca xalqımızın məruz qaldığı erməni vəhşiliklərinin uzun siyahısında 31 Mart soyqırımı xüsusi yer tutur. 1905-1907-ci illərin bəlli hadisələrindən sonra ermənilər xalqımıza qarşı növbəti məkrli planlarını 1918-ci ilin yazında təkrarladılar. Bu dəfə onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaqlarla birlikdə mart ayının axırlarında milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılıq etdiyi quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırdılar, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıtdılar, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etdilər.
Azərbaycanlıların soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Bakının küçələri, qeyd olunan bölgələr, necə deyərlər, qan gölünə qərq olmuşdu. O dövrün mətbuatında dərc edilən statistikaya əsasən təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə yeksan edilib...
Sadalanan faktlardan da göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklərin miqyası kifayət qədər genişdir və xüsusi qəddarlığı ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində qətliamlar törətdiklərinə diqqət çəkərək deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”.
31 Mart soyqırımına hüquqi-siyasi qiymət verilməsi və təbliği
Faciələrini unudan xalqın gələcəyi yoxdur, deyiblər. Biz də nə qədər acı olsa da, tarix boyunca üzləşdiyimiz qanlı hadisələri, faciələrimizi unutmamalıyıq, əksinə tarixin dərslərindən ibrət götürmək üçün onlar barəsində həqiqətləri nəsillərdən-nəsillərə ötürməliyik. Bunu ona görə etməliyik ki, düşmənlərimizi tanıyaq, yeni faciələrlə üzləşməyək. Bu baxımdan 31 Mart soyqırımına Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdilər, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ötən dövrdə aşkarlanmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinə növbəti sübutdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu faciə dünyanın gözü qarşısında baş verib: “Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Sonrakı mərhələdə Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.
Beynəlxalq birlik biganə qalmamalıdır
“Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı öldürülüb.
Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir”
Bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda öz əksini tapıb. 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Müxtəlif vaxtlarda ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanıb. Ermənilər bu siyasəti 30 illik işğal dövründə də davam etdiriblər. Bunu şanlı Zəfərimizlə başa çatan 44 günlük müharibədən və 23 saatlıq uğurlu antiterror tədbirlərindən sonra işğaldan azad edilən və separatçılardan təmizlənən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bir daha təsdiqləyir. Bəyanatda qeyd olunduğu kimi, bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.
Təəssüf ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib. Buna görə də bəyanatda dünya birliyinə çağırış edilərək vurğulanıb: “Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır”.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

