/ / Samuxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Samuxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
08.05.2026 [15:20]
Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Samux rayonunda elmi-praktiki konfrans keçirilib.
Samux rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP Samux rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında bildirib ki, bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O vurğulayıb ki, ölkənin inkişafının möhkəm təməlini Heydər Əliyev qoyub və bu siyasi kurs bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Firdovsi Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının davamı olan və cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan Zəfər sayəsində ərazi bütövlüyümüzün bərpası müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətidir.
Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi və xalqına bağlılığı hər zaman Azərbaycan gəncliyi üçün örnəkdir. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası ölkəmizin tərəqqisində mühüm rol oynayır və bu siyasi məktəb bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət və milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət hər zaman xalqımız üçün örnək olub. O qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və gələcək nəsillər üçün mühüm ideoloji məktəbdir.
Tədbirdə iştirak edən digər natiqlər də Heydər Əliyevin dövlətçilik fəaliyyətindən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən şahmat yarışı, bilik yarışı, inşa yazı və rəsm müsabiqələrinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, əmək fəaliyyətində fərqlənən YAP üzvlərinə və rayon sakinlərinə Fəxri Fərmanlar, Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim edilib.
Sonda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin hazırladığı bədii proqram təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13

