Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Şərurda fərdi yaşayış evində yanğın olub

Şərurda fərdi yaşayış evində yanğın olub

27.10.2024 [14:51]

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Şərur rayonu Danyeri kəndində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində evin dam örtüyü 20 kvadratmetr sahədə yanıb, otaqlar içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31