Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionatı: Azərbaycan şahmatçısı vahid lider olub

Dünya çempionatı: Azərbaycan şahmatçısı vahid lider olub

06.06.2024 [12:25]

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında IV turun partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, hesabat turunda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya, Səbinə Rzalı isə qara fiqurlarla hindistanlı Şanmati Srinə qalib gəlib. Ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.

Bu nəticələrdən sonra N.Abdinova maksimum nəticə ilə vahid lider olub. Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı isə 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.

Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.

Paylaş:
Baxılıb: 740 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31