Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ”ın rəqibi Çempionlar Liqasının əsas favoriti hesab olunur

“Qarabağ”ın rəqibi Çempionlar Liqasının əsas favoriti hesab olunur

10.09.2025 [21:22]

“Opta” statistika portalı 2025/2026-cı illər mövsümü üçün UEFA Çempionlar Liqasının favoritlərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Liverpul” klubu çempionluğa əsas namizəd kimi göstərilib.

Mersisayd təmsilçisinin kuboku qazanma ehtimalı 20,4 faizlə qiymətləndirilib. Komandanın 1/4 finala yüksəlmə şansı 72,7 faiz, yarımfinala çıxma ehtimalı 51,5 faiz, finala qədər irəliləmə imkanı isə 34 faiz olaraq proqnozlaşdırılıb.

İkinci favorit 16 faizlə İngiltərə “Arsenal”ıdır. Üçüncü pillədə isə 12,1 faizlə Fransanın PSJ komandası qərarlaşıb. İlk “onluq”da, həmçinin “Mançester Siti” və “Barselona” (hərəsi 8,4 faiz), “Çelsi” (7 faiz), “Real Madrid” (5,8 faiz), “Bavariya” (4,3 faiz), “İnter” və “Nyukasl” (hərəsi 3 faiz) klubları yer alıb.

Qeyd edək ki, “Liverpul” əsas mərhələdə “Real Madrid”, “Atletiko”, “İnter”, “Ayntraxt”, PSV, “Marsel”, “Qarabağ” və “Qalatasaray”la qarşılaşacaq.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30