“Bakı 2015” Oyunları Akademiyası aparıcı elm təhsil ocaqları ilə tərəfdaşlıq elan edir
18.07.2014 [09:57]
Bu ilin aprelində fəaliyyətə başlamış “Bakı 2015” Oyunları Akademiyası iyulun 17-də bir sıra aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən qürur duyur.
Oyunlar Akademiyası “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə yaradılıb. Akademiyanın məqsədi azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və oyunlarla bağlı biliklərini artırmaq, eləcə də məzun təlim proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.
Artıq bu işə ali təhsil ocaqlarının, o cümlədən İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakıda “ADA” Universitetinin, Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Akademiyasının, eləcə də Amerikanın “Broadstone konsalting” şirkətinin dəstəyini cəlb etmək mümkün olacaq.
Transmilli neft və qaz şirkəti olan “bp” ilk Avropa Oyunları ilə bağlı öhdəliyinin bir hissəsi kimi Oyunlar Akademiyasının müstəsna rəsmi tərəfdaşıdır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasının məsul şəxsi Qeyvn MakAlpayn bildirib ki, Oyunlar Akademiyamızın icra tərəfdaşlarını elan etməkdən məmnunam və “Bakı 2015” komandamızın bilik və bacarıqlarının artırılmasına kömək məqsədilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyirəm.
Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha təsdiqləyir.
Məzun təlim proqramı Azərbaycan və Avropadakı gənclər üçün faydalı olacaq və ilk Avropa Oyunlarından sonra çox vacib imkanlar üçün miras qoyacaq.
“ADA” Universiteti “Bakı 2015” Avropa Oyunları ilə birgə çalışaraq işçilərin iş yerində səmərəliliyinin artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev deyib ki, ilk Avropa Oyunlarında rol oynamağımızdan və “Bakı 2015” Avropa Oyunlarının rəhbər işçiləri üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq: “Əsas bacarıqların öyrədilməsi ilə bağlı keçirəcəyimiz görüşlər bütün işçilərin planlaşdırma və təşkil etmə, iclasları yönəltmə və səmərəli təqdimatların keçirilməsi ehtiyaclarının qarşılanması baxımından uyğunlaşdırılacaq. İnanıram ki, “Bakı 2015” ilk Avropa Oyunlarının rəhbər işçiləri bizim digər beynəlxalq tərəfdaşlarımız kimi, “ADA” Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar”.
“Bakı 2015” Avropa Oyunlarının məzun təlim proqramının iştirakçılarını maarifləndirmək və onların idman dünyası haqqında anlayışlarını artırmaq məqsədilə Beynəlxalq Olimpiya Akademiyası özünün Olimpiya sahəsindəki elmi təcrübəsindən yararlanacaq.
Bir il müddətində keçiriləcək proqrama Oyunların aspektlərinin planlaşdırılmasına və həyata keçirilməsinə qarşı məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxildir.
2012-ci və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün məzun təlim proqramında hələ də yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-dək açıqdır. Müraciətlər www.facebook.com/baku2015gamesacademy linkinə daxil olmaqla edilə bilər.
Azərbaycanda 3325-dən artıq işçisi olan “bp” şirkəti ölkədə gələcək karyera inkişafı üçün imkanları müəyyən edəcək və hazırlayacaq.
Şirkətdən bildiriblər ki, Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək kimi əhəmiyyətli təcrübə qazanmaq baxımından yüksək potensiallı Azərbaycanın gənc vətəndaşları üçün nadir imkandır. “bp” Azərbaycanın gələcək işçi qüvvəsi bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını və digər böyük, kompleks layihələri həyata keçirmək bacarığını genişləndirəcək bir proqramı dəstəkləməkdən məmnundur.
AISTS-in fərdi öyrənmə yoluna uyğun olaraq keçirilən aylıq təqdimatlar “Bakı 2015” Avropa Oyunlarının işçilərinə bu günün idman mənzərəsini formalaşdıran son problemləri və hadisələri kompleks şəkildə başa düşməkdə kömək edəcək.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 3-ü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Xatırladaq ki, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

