“Azərbaycan Hava Yolları” ilk Avropa Oyunlarının altıncı rəsmi tərəfdaşı olub
25.09.2014 [10:15]
Sentyabrın 24-də “Fairmont Baku” otelində “Bakı-2015” Avropa Oyunları ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.
AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov son illərdə “AZAL”-ın sürətlə inkişaf edərək brendə çevrildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin istifadəyə verildiyini vurğulayıb. Bildirilib ki, tərəfdaşlıq çərçivəsində “Bakı-2015”in loqosu təyyarələrin monitorlarında nümayiş olunacaq, sərnişinlərə birinci Avropa Oyunları ilə bağlı jurnallar paylanacaq.
Birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran nazir daha iki şirkət ilə tərəfdaşlıq müqaviləsinin imzalanacağını vurğulayıb.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ümumilikdə 8 şirkət ilə tərəfdaşlıq müqaviləsinin olacağını bildirib və “AZAL” ilə müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib. Altı mindən çox idmançının ölkəmizə səfər edəcəyini diqqətə çatdıran Saymon Kleq bu baxımdan müqavilənin vacibliyini vurğulayıb.
O, qeyd edib ki, ölkə haqqında ilk təəssürat məhz hava limanından başlayır. Bakıda olduqca gözəl və beynəlxalq standartlara cavab verən aeroport fəaliyyət göstərir. İdmançılar “AZAL”-ın yüksək keyfiyyətli xidmətlərindən rahat istifadə edəcəklər.
“AZAL”-ın birinci vitse-prezidenti Sabir İlyasov müasir tipli təyyarələrin alındığını, birinci Avropa Oyunları ərəfəsində Bakıya gündəlik uçuşların sayının artırılacağını bildirib və tərəfdaşlığın əhəmiyyətindən danışıb.
Sonra gənclər və idman naziri Azad Rəhimov ilə “AZAL”-ın birinci vitse-prezidenti Sabir İlyasov müqaviləni imzalayıblar.
İmzalanmadan sonra jurnalistlərin sualları cavablandırılıb.
Daha əvvəl “P&G”, “Tissot”, “BP”, “Nar Mobile” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Bakı-2015”in rəsmi tərəfdaşları olub. “AZAL” altıncı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17

