Bakı “Formula-1” həvəskarlarına sürprizlər vəd edir
16.02.2016 [10:11]
Bu ilin yayında Azərbaycan tarixdə ilk dəfə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına ev sahibliyi edəcək.
Ötən il uğurla həyata keçirilən birinci Avropa Oyunlarından sonra bu, Azərbaycanda keçiriləcək növbəti irimiqyaslı idman yarışıdır. Bundan əlavə 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyunu da Bakıda keçiriləcək. Beləliklə, Azərbaycan mühüm idman tədbirlərinin keçirildiyi məkana çevrilməkdədir. Bu isə öz növbəsində ölkənin beynəlxalq nüfuzuna və turizmin gələcək inkişafına müsbət təsir göstərir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Formula-1” üzrə Avropa Qran-prisinə hazırlıq barədə məlumat verərək deyib: “Biz trekin tərtibatı ilə əlaqədar 2013-cü ildən etibarən Bakı Şəhər Halqasının memarı Herman Tilke və onun komandası ilə birgə çalışırıq. Layihə “Tilke Engineering” şirkəti tərəfindən həyata keçirilir. Əsas məqsəd F1 həvəskarlarının və komandalarının zövq alacağı özünəməxsus trek inşa etməkdir. İşlərin gedişi göstərir ki, bu məqsədə tam nail ola biləcəyik”.
F1-in yeni şəhər trası Bakının tarixiliyi ilə müasirliyini özündə birləşdirir. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş İçərişəhər, möhtəşəm “Alov qüllələri” və eləcə də gözəl dənizkənarı mənzərə bu trası ideal məkana çevirir.
Şəhərin gözoxşayan mərkəzi küçələrində xüsusi inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” bolidlərinin gərgin mübarizəsinə səhnə olacaq. Pilotlar uzunluğu 6 kilometrdən çox olan, 20 müxtəlif çətinlikli döngəni özündə birləşdirən trekdə 51 dövrə vuracaqlar. Trekin Dənizkənarı Milli Parkı boyunca uzanan 2 kilometrlik hissəsində maksimal sürətin saatda 340 kilometrə çatması mümkündür. Bu halda, Bakı Şəhər Halqası “Formula-1”in ən sürətli şəhər treki statusuna yiyələnəcək.
Yarış təşkilatçılarının sözlərinə görə, Avropa Qran-prisinin keçiriləcəyi tras, həmçinin bütün zəruri infrastruktur yüksək beynəlxalq standartlara uyğun qurulacaq.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai F1 həvəskarlarını Bakıya dəvət edərək deyib: “Dünyanın ən möhtəşəm yarış maşınlarının səsinin şəhərin küçələrində eşidilməsinə 4 ay qalıb. “Bakı Şəhər Halqası” “Formula-1” həvəskarlarına sürprizlər vəd edir. Odur ki, bu fürsəti qaçırmayın, biletləri tez almağa çalışın!”.
Tamaşaçılara müxtəlif qiymətdə biletlər təklif olunur. Eləcə də Abşeron tribunası üçün müxtəlif bilet paketləri mövcuddur. Bu tribunada əyləşən tamaşaçılar start/finiş xəttini daha yaxından izləyə biləcəklər. Bununla yanaşı, trek boyunca əsas döngələrdə və sürət xətləri ətrafında tribunalar salınacaq. Bundan başqa, ayaqüstü zonalar üçün də biletlər təklif olunur. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışları trekə ən yaxın yerlərdən izləyə biləcək.
Yarışla əlaqədar Bakıda qalma müddətini planlaşdırmaq və bilet əldə etmək üçün ətraflı məlumatı www.bakucitycircuit.com internet səhifəsindən almaq olar.
Trekin dənizkənarı bulvar boyunca yerləşən hissəsində F1 həvəskarları üçün müxtəlif əyləncə tədbirlərin, canlı konsert proqramlarının təşkili də nəzərdə tutulur.
“Formula-1” yarışları Bakıya səyahət etmək, Cənubi Qafqazın ən böyük və çoxmillətli şəhərini görmək üçün əlverişli məqamdır. Bakı öz qonaqlarına bir sıra yüksək səviyyəli otelləri və müasir restoranları ilə xidmət göstərir. Çoxsaylı istirahət məkanları və özəl çimərlik zonaları ailəvi ekskursiya və əyləncələr təklif edir.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40

