Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Dreamland”də beynəlxalq qolf turniri keçirilib

“Dreamland”də beynəlxalq qolf turniri keçirilib

01.06.2016 [09:50]

Beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan Türk Hava Yolları Dünya kuboku “Dremland” qolf klubunda keçirilib. Mayın 29-da keçirilən turnirdə 80 nəfər həvəskar qolfçu iştirak edib.
Beləliklə, beynəlxalq standartlara cavab verən 18 dəlikli “Dreamland” qolf klubu ilk dəfə olaraq beynəlxalq səviyyəli iriçaplı qolf turnirinə ev sahibliyi edib. Dünya standartlarına müvafiq ilk olaraq, səhər yeməyindən başlayan turnirdə iştirakçılar daha sonra “Dreamland” Qolf Akademiyasına yollanıblar. Burada oyuna hazırlıq, komanda brifinqlərindən sonra isə qolf sahəsində güclərini sınayıblar. Turnirin qonaqları üçün isə qolf akademiyasında xüsusi olaraq, qolf təlimləri verilib.
Həvəskar dünya kubokunun qalibi 44 xalla “Dreamland” qolf klubun üzvü Martin Dokerti olub. Bu qalibiyyətlə o, cari ilin oktaybr, noyabr aylarında Antalyada keçiriləcək Beynəlxalq Qolf Turnirində iştirak etmək şansı əldə edib. Qeyd edək ki, turnirin ilk seçmə mərhələləri Darüssalam, Mumbay, Dohada da keçirilib. 2016-cı ilin oyunları isə Honkonq, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, ABŞ, İtaliya, Fransa, Türkiyə kimi ölkələrdə keçirilib. Azərbaycan da “Dremland” qolf klubla bu ölkələrin siyahısında yer alıb.

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31