Azərbaycan Taekvando Federasiyası ilin ən yaxşı milli federasiyası seçilib
13.12.2016 [10:22]
Bakıda Dünya Taekvando Federasiyasının (DTF) 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı mərasim keçirilib.
Tədbirdən əvvəl DTF-in və Azərbaycan Taekvando Federasiyasının (ATF) rəhbər şəxsləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
ATF-dən AZƏRTAC-a bildiriblər ki, DTF-in prezidenti Çunqvon Ço, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Sonra “Badamdar Hotel Baku”da keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.
ATF-in prezidenti, DTF-in vitse-prezidenti Kəmaləddin Heydərov Dünya Taekvando Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb. Mükafatı Kəmaləddin Heydərova DTF-in prezidenti Çunqvon Ço təqdim edib.
Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edən Çunqvon Ço “Rio-2016” Yay Olimpiya Oyunlarında taekvandoçularımızın qazandıqları 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.
Kəmaləddin Heydərov taekvando üzrə Qran-pri yarışının final mərhələsinin və komandalararası dünya çempionatının keçirilməsini Azərbaycana həvalə etdiyinə görə Dünya Taekvando Federasiyasının rəhbərliyinə və Çunqvon Çoya təşəkkürünü bildirib. Federasiya prezidenti bunu Azərbaycanın idman sahəsində qazandığı uğurlara verilən yüksək qiymət kimi dəyərləndirib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını vurğulayaraq, idmançılarımızın qazandıqları uğurlardan danışıb.
Sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.
Azərbaycan Taekvando Federasiyası “2016-cı ilin ən yaxşı milli federasiyası” nominasiyasında qalib elan olunub. Mükafatı ATF-in vitse-prezidenti Nağı Səfərova Çunqvon Ço təqdim edib.
“İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust qalib gəlib. Mükafatı məşqçiyə ATF-in prezidenti Kəmaləddin Heydərov təqdim edib.
“Ən yaxşı kişi idmançı” üçün nəzərdə tutulan mükafat XXXI Yay Olimpiya Oyunlarının qalibi, iordaniyalı Əhməd Abuqaşa, “Ən yaxşı qadın idmançı” adı isə ikiqat Olimpiya çempionu, britaniyalı Ceyd Consa verilib. “Ən yaxşı kişi hakim” nominasiyasında kanadalı Sonq-çul Kim, “Ən yaxşı qadın hakim” nominasiyasında isə gürcüstanlı Mariya Merkuri qalib olublar. “Ən yaxşı zərbə” nominasiyası üzrə mükafata isə Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35

