Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qalib gəlib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qalib gəlib

18.12.2023 [22:10]

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Turun mərkəzi görüşündə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk qolu 70-ci dəqiqədə Yassin Benzia vurub. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub.

Bu nəticədən sonra "Köhlən atlar" 38 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan Bakı klubu isə beşinci pillədə qərarlaşıb. "Zirə" 29 xalla ikinci, hərəyə 26 xal toplayan "Səbail"lə "Araz-Naxçıvan" isə 3 və 4-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Səbail” “Qəbələ”yə 3:0, “Araz-Naxçıvan” “Sabah”a 2:0, “Turan Tovuz” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Kəpəz” və “Sumqayıt” komandaları isə sülhə razılaşıblar – 1:1.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31