“Naxçıvanbank” bağlanmaq riski ilə üz-üzə
24.04.2024 [10:35]
Bank aktivlərinin həcminə görə, 22 bank arasında 19-cu sıraya düşüb
Son günlər Azərbaycanın yeganə regional bankı hesab olunan “Naxçıvan Bank”ın bağlanacağı barədə xəbərlər yenidən mediada yer almaqdadır. Belə ki, 2024-cü ilin ilk rübündə aktivləri 12 milyon manat kiçilən bankın maliyyə göstəricilərinin də zəiflədiyi qeyd olunur. Xüsusilə də həmin bankın kredit portfeli ötən illə müqayisədə 28 milyon manata yaxın azalıb. Bankların əsas gəlir mənbələrindən biri olan həmin portfelin qısalması sözsüz ki, vətəndaşlardan lazımi həcmdə depozit cəlb edə bilməməsidir. Belə ki, “Naxçıvanbank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata düşüb. Bu o deməkdir ki, bankın yığımlarının tempi aşağı düşür. Nəticədə cari və digər öhdəlikləri də artmış olur. Bu isə bankın adının “qara siyahı”ya düşməsi ehtimallarını artırır. Bankın maliyyə vəziyyəti ilə bağlı rəqəmlər bu bankın likvidliyini də çətinləşdirə bilər.
Qeyd edək ki, ötən ilin sonlarında da sözügedən maliyyə qurumunun maliyyə durumu ilə bağlı ciddi problemlərin olmasına dair xəbərlər dolaşsa da, Mərkəzi Bankın rəsmi açıqlamasında illik yoxlama planı zamanı “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəricilərinin müəyyən edilmiş prudensial tələblər çərçivəsində olması bildirilib. MB “Naxçıvan Bank”ın lisenziyasının məcburi qaydada ləğv edilməsinə nöqtə qoyulub. Ancaq bankın 100% səhmdarı olduğu “Naxçıvan Sığorta” şirkətinin fəaliyyəti dayandırılıb və portfelindəki aktivləri, eləcə də 60 milyon manata yaxın kredit öhdəlikləri “Atəşgah Sığorta” şirkətinə ötürülüb.
Məsələ ondadır ki, 2024-cü ilin birinci rübündə Azərbaycanın bank bazarında göstəricilərin dinamikasında “Naxçıvanbank” ən son yerlərdən birini tutur. İlk 3 ayı 23 bankdan 21 bank xalis mənfəətlə başa vurub, onların sırasında “Naxçıvanbank” da var və bu maliyyə qurumu 5 milyon 291 min manat mənfəət əldə edib.
Onu da nəzərə almaq lazımdır ki, bank sektorunda aparılan islahatlar cari xarakter daşımır, strateji plana əsaslanır. Yəni, hansısa bir dövrdə normal fəaliyyəti olan banklardan biri bir müddət sonra likvidlik göstəricilərini aşağı düşürməklə bank bazarında ümumi ritmi poza bilər. Yəni, MB-nın növbəti illik plana uyğun yoxlaması zamanı bank sektoru üçün bu cür xarakterik halların meydana çıxması istisna deyil. Bu hallar yaxın bank bazarının təcrübəsindən tanışdır. Ötən il həmin plan çərçivəsində öz likvidliyini itirmiş bankların lisenziyasının ləğvi də bunu təsdiqləyir. Məsələn, sonuncu dəfə aparılan yoxlama zamanı da bu tendensiyanı müşahidə etdik, ötən il “Günay Bank” və”Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib. Yəni, bu prosesin bitmədiyi və 2024-cü ildə də ödəmə qabiliyyəti zəifləyən, öz öhdəliklərini icra etməyən bankların bağlanması istisna deyil.
Bir məsələni də qeyd etmək lazımdır ki, “Naxçıvanbank” və digər bu maliyyə vahidi kimi kiçik qurumların ümumi resursları və aktivləri Azərbaycanın bank sektorunun hərəkətlilik və kredit-resurs axınlarının ötürücülüyü baxımdan ümumi bank sektoruna əhəmiyyətli təsiredici gücə malik deyil. Bu cür bankların ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,5 faiz, kredit portfelində isə 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,4 -1,5 faizdən çox deyil. 2024-cü ilin birinci rübünü göstəricilərinə əsasən, “Naxçıvanbank”ın cəmi aktivlərinin həcmi 194,5 milyon manat təşkil edir ki, bu rəqəm hətta ötən ilin sonunda qapadılan “Muğan Bank”ın aktivlərindən (647,9 milyon manat) 3,4 azdır.
Hazırda “Naxçıvanbank” aktivlərini n həcminə görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında 19-cu sırada dayanır. Ümumiyyətlə, hazırda ölkəmizin bank sektorunda ən zəif və sonuncu “dördlük”də “Bank VTB”, “Naxçıvanbank”, “Bank Avrasiya” və “Bank Melli İran” qərarlaşıb ki, həmin bankların aktivlərinin cəmi öhdəliklərini örtməsində çətinliklərinin olması istisna olunmur. Yəni, bankların ümumi kredit portfelinin məbləğinin depozit portfelindən yüksək olması hansısa dövrdə ciddi problemlərin meydana çıxacağına dəlalət edir.
Vəziyyətin bu həddə çatması ən çox adıçəkilən bankda əhalinin əmanətləri üçün qayğı yarada bilər, doğrudur sığortalanmış əmanətlər üçün heç bir problem ola bilməz, həmin vəsaitlər geri qaytarılır, ancaq yüksək faizlə yerləşdirilmiş sığortalanmayan depozitlər və sahibkarların cari hesabları üçün problemin olması mümkündür. Ona görə də, bir çox şəxslərin öz hesablarını başqa banka dəyişməsinə dair məlumatların olması da “Naxçıvanbank”ın “əriməyə” doğru getdiyinə işarədir.
Bütün bu amillər vətəndaşlar üçün də ciddi düşündürücü məsələ kimi nəzərə alınmalıdır. Onlar öz əmanətlərini yerləşdirən zaman bankların maliyyə göstəricilərinə və hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Söhbət təkcə, “Naxçıvanbank”dan getmir, 22 bankın içərisində ən azı 7-8 bankın problemləri hələ bitmiş deyil.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

