Yaşıl körpü, enerji həmrəyliyi...
30.04.2024 [10:30]
Azərbaycan Almaniyadan Avropa missiyasını bəyan etdi
Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı Azərbaycanın müasir iqtisadi inkişaf vizyonunu təsvir edən əsas məqamları xatırlatmaqla ölkəmizin dünya birliyində nüfuzlu iqtisadi tərəfdaş olmasını bir daha təsdiqlədi. Dövlət başısı ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi üzərinə düşən böyük məsuliyyəti dərk edərək “yaşıl enerji” sahəsində qətiyyətli addımlar atdığını xatırlatdı. Respublikamız beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq edərək enerji formatını daha da möhkəmləndirir və qitələr arasında yaşıl körpülər salır, beynəlxalq düzəndə enerji həmrəyliyini gücləndirir.
Ötən 20 ilin enerji statistikası da təsdiq edir ki, Azərbaycan beynəlxalq platformalarda həmişə nümunəvi missiyası ilə seçilib, neft ixrac etdiyi ilk gündən heç bir siyasi məqsəd və məram güdməyib, enerji amilini yalnız dostluq və faydalı əməkdaşlığa yönləndirib. Qazandığı dərin hörmət enerjinin növbəti şaxəsi olan yanacaq nəqlində də özünü nümayiş etdirib, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvü kimi kartel ölkələrinin sırasında nüfuz və etimad qazanıb. Bu etibar və etimadın növbəti səhifəsi Cənub Qaz Dəhlizi ailəsində Azərbaycanın humanizm və xeyirxahlığında özünü təzahür etdirib. Gürcüstandan başlamış Mərkəzi Avropaya qədər hər bir qaz alan ölkəyə dünya qiymətlərindən sərfəli yanacaq ötürülməklə onlara əsil dostluq davranışı nümayiş etdirilib.
2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması Avropa İttifaqına təbii qaz təchizatının artmasında növbəti mərhələ olub və hazırda təbii qaz ixracı 12 milyard kubmetri ötməkdədir. Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracın 20 milyard kubmetrə çatdırılması isə Azərbaycanın sadiq ölkə və sözünə, imzasına məsuliyyətlə yanaşan Cənubi Qafqazın flaqmanı olmasına dəlalət edir. Mürəkkəb bir geosiyasi və coğrafi bölgədə yerləşən ölkəmiz son illərdə bölgədə baş verən bu geosiyasi durumlarda Avropaya yeni mənbələrdən daha çox qaz lazım olduğu kriktik məqamlarda öz imkanlarını səfərbər etməklə bir daha qətiyyətini nümayiş etdirdi.
Azərbaycan hazırda “yaşıl həmrəylik” proqramı üzrə dünya ölkələri arasında yeni inteqrasiya cığırında irəliləyir. Azərbaycan strateji infrastrukturlarını müasirləşdirərək “yaşıl enerji” kabelinin əsas coğrafiyası kimi yenə də Avropa ölkələri arasında xüsusi yer tutur. Son 2 ildə Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətlə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalayan ölkəmiz “Xəzər-Qara dəniz-Avropa” dəhlizini reallaşdırır. Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel Avropa ilə Asiya “yaşıl körpü”nün ən rentabelli xətti olacaq.
Bu dəhlizin iqtisadi gücü və beynəlxalq maliyyə tutumu heç də Cənub Qaz Dəhlizindən az olmayacaq. Təkcə Azərbaycan “yaşıl kabel” vasitəsilə 2027-ci ilin sonuna qədər 2000 meqavat enerji ixrac edəcək. Ümumilikdə, Azərbaycan 2030-cu ilə qədər hazırda inşa olunan 9 stansiyadan əlavə 10 günəş və külək enerjisi stansiyaları da quracaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bütün yaşıl gücləri nəzərə alsaq, Azərbaycan, ən azı 157 qiqavat potensialla bazara daxil olacaq. Bu potensialdan istifadə edərək, ölkəmiz həm daxili qaz istehlakını elektrik enerjisi istehsalı ilə əvəzləyəcək, həm də Avropanın ənənəvi qazdan yaşıl enerjiyə keçidinin əsas təminatçılarından biri olacaq.
Prezident İlham Əliyevin Almaniya səfəri zamanı digər diqqətçəkən məqam Federativ Respublikanın Kansleri Olaf Şoltsla görüşdə və media üçün açıqlamada səsləndirdiyi mühüm iqtisadi frazalar oldu. İlk növbədə cənab Şolts COP29 iqlim konfransının Bakıda keçirilməsinin Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafında beynəlxalq qurumlarla əməkdaşlığı üçün yeni imkanlar yaradacağına əminliyini ifadə etməklə respublikamızın strateji əhəmiyyətinə toxundu. Eyni zamanda, Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşmasında ortaya qoyduğu iradə təqdir olunmaqla, Aİ-nin həmin təşəbbüsləri dəstəyini ifadə etdi.
Azərbaycanın dövlət başçısı bu görüşdə də dünyanın əsas gündəliyi olan “yaşıl enerji” imkanları və Azərbaycanın bu prosesdə töhfəerici rolu barədə oldu və qeyd olundu ki, Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı kimi məsuliyyətinə də çox dəqiqliklə yanaşacaq. Bu isə 1994-cü ildə başlanmış enerji dostluğunun daha uzun illər davam edəcəyini və zəngin Azərbaycanın yeni enerji resursları ilə Avropanın əhəmiyyətli tərəfdaş olmaq statusunu möhkəmləndirəcəkdir.
Dövlət başçısı neft və qazdan əldə edilən gəlirlərin ötən illərdə iqtisadi və sosial proqramlara yönəldildiyini və həmin sektorlarda böyük sosial dəyişikliklərin yarandığını xatırladaraq hazırda enerji dividentlərinin ölkəmiz üçün bir nömrəli vəzifə və çağırış olan Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndiyini xatırlatdı. Bu bölgə Azərbaycanın təkcə aqrar və aqrar-sənaye, turizm, mineral resurslar mənbəyi deyil, həm də “yaşıl enerji” xəzinələrindən biridir. Qarabağ, və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında “yaşıl enerji” istehsalında payının artmasında əsas güc mənbəyi olacaq, eyni zamanda, Avropanın özünün də yaşıl hidrogenlə təminat bölgəsinə çevriləcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

