Büdcəyə dəyişikliklərdən sonra...
03.07.2024 [10:50]
Azad olunmuş ərazilərin bərpası üzrə xərclər 4,8 milyard manatı, hərbi xərclər isə 7 milyard manatı ötdü
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklərin tətbiqi ilə fərman imzalayıb. Sənədə əsasən, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat, xərcləri isə 39 milyard 742,3 milyon manat, o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 35 milyard 612,7 milyon manat, yerli gəlirlər 775 milyon manat, mərkəzləşdirilmiş xərclər isə 38 milyard 957,4 milyon manat, yerli xərclər 784,8 milyon manat məbləğində təsdiq edilib. Beləliklə, dövlət büdcəsinə əlavə dəyişikliklər nəticəsində büdcənin gəlirləri 2 milyard 180 milyon manat və ya 6,4 faiz, xərcləri isə 2 milyard 944 milyon manat artırılıb.
Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17,7 milyard manatı neft sektorunun payına düşür. Maliyyə sənədinin əsas fiskal gücü - 18,6 milyard manatı və ya 51,1 faizi isə qeyri-neft sektorunun payına düşəcək. Belə ki, artım üçün əlavə edilən 2,2 milyard manat vəsaitin cəmi 605 milyon manatını neft-qaz sektorundan daxil olan vəsaitlər təşkil edəcək, qalan 1,6 milyard manat isə tamamilə qeyri-neft yığımları olacaq. Bu da o deməkdir ki, büdcədə yenə də əsas fiskal ağırlıq mərkəzi qeyri-neft mənbələrinin sütunları üzərində formalaşacaq.
2024-cü il dövlət büdcəsinin artırılan əlavə xərclərinin məbləği 2,9 milyard manata bərabərdir ki, həmin xərclərin təxminən 2,1 milyard manatı azad edilmiş ərazilərin bərpa və quruculuq işlərinə yönəldiləcək. Bu isə ölkəmizdə bir nömrəli vəzifə olan azad edilmiş ərazilərdə quruculuq işlərinin daha da geniş miqyas almasının ritminin artırılmasına əlavə güc və maliyyə təminatı olacaq. Bununla da büdcədə 2024-cü il üzrə azad edilmiş ərazilərin bərpası xərcləri digər iqtisadi fəaliyyət sahələri ilə birgə 9,9 milyard manata çatacaq.
Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Bu sahəyə əlavə yönələn xərclərin məbləği 705 milyon manata bərabərdir, bununla da büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin həcmi 7 milyard 126,3 milyon manata çatmış olacaq. Bu xərc bölməsində də yaranan əlavə maliyyə təminatları hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümuməvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artmasına əlavə imkanlar yaradacaq.
Yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri isə 43 milyard 480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz çoxdur. İcmal büdcə 2,1 milyard manat kəsirlə proqnozlaşdırılır.
İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 36 milyon manat və yaxud 16,9 faiz artırılaraq 14 milyard 109,2 milyon manat, xərcləri isə 4,7 milyon manat artırılaraq 12 milyard 904,9 milyon manat nəzərdə tutulur. Fondun gəlirlərinin əsas mənbəyini neft-qaz sazişləri üzrə Azərbaycanın payına düşən karbohidrogen ehtiyatlarının satışından əldə edilən xalis gəlirlər təşkil edəcək. Belə ki, həmin gəlirlər üzrə proqnoz 2 milyard 51,4 milyon manat və yaxud 25,2 faiz artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata çatdırılacaq. Fondun digər gəlir mənbəyi olan neft-qaz sazişlərinin icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnoz isə 8,6 milyon manat və yaxud 1,1 faiz artırılaraq 775,9 milyon manat təşkil edəcək
Neft Fondunun 2024-cü ildə xərclərinin əsas istiqamətlərində ilk yerdə dövlət büdcəsinə transfert dayanır ki, bu vəsaitin həcmi 12 milyard 781 milyon manat proqnozlaşdırılır. Digər xərc maddəsi olan “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə əlavə 4,7 milyon manat yönəldilməklə cəmi 38,2 milyon manat xərclənəcək. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 47,4 milyon manat sərf edilməsi nəzərdə tutulub.
İcmal büdcənin digər tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri isə bərabər olaraq 30 milyon manat artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcəkdir. Həmçinin, İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 38,9 milyon manat artırılmaqla 2 milyard 850,3 milyon manata çatacaq. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə 238 milyon manat təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat artırılmaqla 539,3 milyon manat təşkil edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

