E-pul dövriyyəyə buraxılır
10.07.2024 [10:20]
Mərkəzi Bank (MB) Azərbaycanda daha bir yerli təşkilata elektron pul (e-pul) emissiyası fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verib və lisenziyanı əldə edən “United Payment” MMC ölkəmizdə elektron pul təşkilatı kimi ilk şirkət olub. “United Payment” 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış və 2021-ci ildən qeydiyyatdan keçərək Ödəniş aqreqatoru fəaliyyətinə və elektron kommersiya fəaliyyətinə başlayıb. 2022-ci ilin yanvar ayından etibarən Türkiyədən Azərbaycana beynəlxalq ödənişlərin təchizat xidməti göstərib, daha sonra digər ölkələrdən də Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin edib.
Qeyd edək ki, indiyə qədər 20-dən çox şirkət e-pul emissiyası üçün MB-ya müraciət etsə də, hələlik onların mövcud infrastruktur və ödəniş bazarında təhlükəsizlik təminatı nəzərdən keçirildiyindən lisenziya ala bilməyib. Ancaq yaxın vaxtlarda həmin təşkilatların da müvafiq razılıq almaqla dövriyyəyə elektron pul buraxması mümkün olacaq.
Bütün dünya ölkələrində geniş yayılna e-pulun buraxılışı Azərbaycanda yeni maliyyə aləti hesab edilə bilər. Bu, son illərdə ölkəmizin ödəniş xidmətləri və ödəniş sistemləri sektorunun inkişafı, nağdsız ödənişlərin həcminin yüksəlməsi, rəqəmsal ödəniş arxitekturasının möhkəmlnməsi, maliyyə bazarlarında daim yeni alətlərin tətbiqi ilə bağlı baş verən yeniliklərin nəticəsi olaraq gerçəkləşməkdədir. Ötən il “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qüvvəyə minməsindən sonra e-pulun emissiyası ümün hüquqi çərçivə yarandı və MB bu prosesdə maraqlı olan təşkilatların imkanlarını dərindən araşdırdıqdan sonra yeni pulun dövriyyəyə çıxarılmasına icazə verdi. Yeni qanunda ödəniş xidmətlərinin təchizatçıları sırasında 6 təşkilat aid edilib ki, onlardan biri elektron pul təşkilatlarıdır. Elektron pul təşkilatları Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verdiyi halda onlara lisenziya verilməsi məqsəduyğun hesab olunur.
E-pul nədir və hansı üstünlükləri var?
Elektron pul hər bir şəxsin hesabında, kartında olan pulun elektron formada saxlanılmasıdır. Elektron pul fiziki nağd pula ehtiyacı aradan qaldıraraq tez və asan əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq, istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə həyata keçirə bilər ki, bu da daha rahat və əlçatandır. İstənilən şəxs qeyd etdiyimiz şirkətin provayderi olduğu mobil tətbiq vasitəsilə özünün e-pul səhifəsini yaradaraq bütün ödənişləri və köçürmələri, o cümlədən banklara kredit ödənişlərini icra edə biləcək.
E- pulun üstünlüyü onun xərc cəhətdən effektiv olmasıdır. Belə ki, fiziki olaraq kağız və ya metal valyutanın çapı, daşınması və təhlükəsizliyi müəyyən xərclər tələb etdiyi halda, e-pulda bunlara ehtiyac yoxdur.
Hazırda dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur, 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111 milyard dollardan çox olub. Bu maliyyə aləti biznesin və maliyyə sektorunun əməliyyatlarında çevikliyi və intensivliyi təmin etməklə vaxt və xərc itkilərinin qarşısını alır. Bu baxımdan, ölkəmizdə elektron pulun emissiyası ölkəmizdə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına əhəmiyyətli təsir edəcək. Eyni zamanda, pul kütlələrinin dövriyyə sürətində artım müşahidə olunacağı və bu resurslara əlçatanlığın təmin ediləcəyi gözlənilir. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər, pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.
Təhlükəsizlik necə qorunacaq?
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapıb. Bu isə o deməkdir ki, e-pul dövriyyəyə buraxılmasından sonra təhlükəsizlik amili xüsusi olaraq diqqətdə saxlanılacaq. Bu pulu emissiya edən təşkilat həm qanunun tələblərinə, həm də MB-nin təlimatlarına əsasən, e-pulun yerləşdiyi və tranzaksiya olunduğu informasiya və ödəniş sistemlərinin təhlükəsizliyini təmin etməyə, müştərilərin maliyyə məlumatlarının saxlanması və qorunmasına, habelə həmin sistemlərin etibarlı və dayanıqlı fəaliyyətinə məsuliyyət daşıyır. Bu baxımdan “United Payment” MMC müştərilərin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında qarşısının alınmasında aidiyyatı təşkilatlarlı birgə bütün zəruri tədbirləri həyata keçirməli olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55

