Minimum əmək haqqının artırılması...
24.07.2024 [10:38]
Vahid Tarif Cədvəli üzrə 800 min nəfərə yaxın şəxsin əməkhaqqına təsir göstərəcək
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Fəaliyyət planına əsasən, müvafiq dövlət qurumuna bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyəti üzrə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub.
Beləliklə, yuxarıda qeyd edilən strateji dövlət sənədlərindən irəli gələn tapşırıqların icrası ilə bağlı müvafiq orqan tərəfindən hazırlanan yeni layihə noyabrda hökumətə təqdim edildikdən sonra minimum əmək haqqının artımına qərar veriləcək. Artımın ikirəqəmli həddə, təxminən 10-20 faiz civarında olacağı gözlənilir. Ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq artımın qeyd edilən rəqəmdən yuxarı olması da istisna deyil.
Beləliklə, yeni layihə əsasında növbəti ildən minimum əməkhaqqı artımlarına start veriləcək və ölkə üzrə əməkhaqlarının artımı da gerçəkləşmiş olacaq. Belə ki, minimum əməkhaqqının artırılması ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artmasına təsir göstərəcək. Ölkəmizdə dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misilləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri VTC-dən irəli gələn tələblərə uyğunlaşdırılır və minimum əməkhaqının artımı VTC əsasında işləyən 800 min nəfərə şamil olunur. Bu o deməkdir ki, 2025-ci ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, 400 min isə qeyri-dövlət sektorunda çalışan insanın da əməkhaqqı artmış olacaq. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək nazarında mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqacıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaqdır.
Minimum əməkhaqqının artırılması beynəlxalq praktikada əsas etibarilə, inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşdirilir. İnflyasiya artdığı halda həmin xərclərin artmasına da qərar verilir. Azərbaycan hökuməti bu sosial mexanizmə söykənərək 2023-cü ildə ikirəqəmli inflyasiya təzyiqlərinin əhalinin sosial həyatına təsirlərini nəzərə alaraq sosial paket icra etdi, maaş və pensiyalar, təqaüd və müvainətlər 20 faiz nisbətində artırıldı, eləcə də minimum əməkhaqqı isə 345 manata çatdırıldı. Ümumiyyətlə, minimum əməkhaqqı son 5 ildə 4 dəfə artırılaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də bu siyasət tədbirləri çərçivəsində yaşayış minimumu və ehtiyac meyarının həddi də artırılıb.
Ümumilikdə, ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca, gəlir resursları ilk növbədə, aztəmiantlı ailələrin və sosial baxımdan daha çox ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılır. Hər il büdcədə cari xərclərin əsas hissəsi də məhz sosial təyinatlı bölmələr üçün nəzərdə tutulur. Azərbaycan dövlət büdcəsi sosialyönümlü büdcədir və hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir. Son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib. Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb. Bu sosial siyasətə əsasən, növbəti ildə də pensiya və təqaüdlərin, ünvanlı sosial yardımların və s. sosial müavinətlərin artırılması nəzərdə tutulur. 2024-cü ildə “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Belə ki, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib ki, bu da sosial sahədə yeni müavinət olmaqla əlavə sosial təminat tədbiri hesab edilə bilər.
2024-ci ilin büdcəsi də sosial xərclər baxımından əhəmiyyətli maliyyə sənədi kimi diqqəti cəlb edir və hazırda ümumi büdcə xərclərində sosialyönlümlü xərclərin çəkisi 45 faizdən yuxarıdır. Büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4,6 milyard manat, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi 6 milyard 949 milyon manat təşkil edir ki, cəmi sosial təminat xərclərinin məbləği 11,5 milyard manatdan çoxdur. Bu isə o deməkdir ki, sosial təminatla bağlı xərclərin məbləği büdcədə ən mühüm xərc maddəsi kimi mühüm yer tutur.
Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ildə artacağını deməyə əsas verir ki, bu da büdcədə sosial xərclərin artımı üçün əhəmiyyətli zəmin yaranması deməkdir. Bu imkanlar hesabına minimum əməkhaqqının əhəmiyyətli artımını təmin etmək mümkün olacaq. Qeyd edək ki, minimum əməkhaqqı alan vətəndaşlar daha çox sosial təminata ehtiyacı olanlardır ki, yeni ildən onların sosial təminatının daha da gücləndirilməsi yönündə sosial tədbirlərin görülməsi istisna deyil.
ELBRUS
Xəbər lenti
Hamısına baxMEDİA
26 Sentyabr 22:46
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09

