“Böyük Yeddilik” Qarabağ Bəyannaməsinin hədəflərini dəstəkləyir
25.07.2024 [10:35]
G7 ölkələri Mərkəzi Asiya-Xəzər-Avropa enerji-nəqliyyat dəhlizlərinə irihəcmli sərmayə yatırmaq niyyətindədir
“Böyük Yeddilik” (G7) ölkələri Mərkəzi Asiya regionunun Avropaya inteqrasiyasını dərinləşdirmək, bu bölgənin zəngin enerji resurslarının nəqlini şaxələndirmək, nəqliyyat-tranzit imkanlarından yararlanmaq üçün nəhəng sərmayə proqramını elan edib. ABŞ-ın Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq Proqramının xüsusi əlaqələndiricisi Helaina Mats Qazaxıstana səfəri zamanı bu ölkənin xarici işlər nazirinin müavini Nazirə Nurbayeva ilə görüşdə G7 qrupunun investisiya niyyətini bəyan edərəkən bildirib ki, hədəf 200 milyard dollar həcmində dəstəkləyici maliyyə portfelinin gerçəkləşməsindən ibarətdir. Maliyyə investisiyasının əsas istiqamətləri Mərkəzi Asiya regionunun nəqliyyat və logistika, bərpaolunan enerji istehsalı, kənd təsərrüfatı məhsulları, nadir torpaq metallarının hasilatı və emalı sahələrində layihələrə investisiya qoyuluşunu aktivləşdirmək, bu resursların qlobal enerji-nəqliyyat zəncirinə qoşmaqdır.
“Böyük Yeddilik” Qazaxıstanın nəqliyyat infrastrukturu, o cümlədən Aktau və Kurık dəniz limanlarını müasirləşdirmək, Asiyadan Avropaya uzanan infrastruktur şəbəkələrini əsaslı şəkildə yenidən qurmaq və genişləndirmək üçün əlavə dəstək tədbirləri həyata keçirməyə də razı olduğunu bəyan edib. Bu ssenarilərin gerçəkləşməsi sayəsində Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının asanlaşdırlılması, AvroAsiya platformasının möhkəmləndirilməsi və ələlxüsus da Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək üçün təchizat imkanlarının vahid bir sistemdə birləşdirilməsi mümkün ola bilər.
Göründüyü kimi G7-nin hədəf prioritetləri faktiki olaraq Türk Dövlətləri Təşkilatının (TDT) perspektiv strateji Yol xəritəsinin sanki oxşarıdır və Mərkəzi Asiya-Xəzər-Avropa platformasının qurulmasına xidmət edən eyni niyyətin təzahürüdür. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas konsepti də enerji-nəqliyyat sistemlərinin vahid bir platformada birləşdirilməsi, nəql imkanlarının artırılaraq Avropa dəhlizlərinə axıcılığının təmin edilməsindən ibarətdir. Əsas hədəf ssenarisi Xəzərin qaz resurslarının Transadriatik qaz kəmərinin (TAP) kəmərinə cəlb edilməsidir ki, Qarabağ Bəyanaməsinin 2 maddəsi buna hüquqi-iqtisadi təminat yaradır.
Tərəflər ötən il Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”una istinad edərək regionda yeni trans-qaz marşrutunun yaradılması üçün baza sənədini rəsmiləşdirib. Bu, Özbəkistan, Qazaxıstan və Türkmənistan qazının Azərbaycan üzərindən keçməklə Cənub Qaz Dəhlizinə cəlb olunması deməkdir. Hazırda Avropa İttifaqının qazla təchiz edən Azərbaycan illik 12-13 milyard yanacaq ixrac edir, yaxın 5 ildə bu rəqəm 20 milyard kubmetrə çatdırılacaq. Avropa isə Xəzəryanı türk dövlətlərinin qazını da nəql edərək illik ixrac gücünü 50 milyard kubmetrə çatdırmaq istəyir. “Böyük Yeddilik” ölkələrinin sərmayə portfelinin ağzını açması da məhz Mərkəzi Asiyanı Cənub Qaz Dəhlizinə qoşmaqdan ibarətdir.
G7-nin digər prioriteti Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji ehtiyatlarının Şərq-Qərb arteriyasına cəlb olunması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihənin tezliklə başa çatdırılmasıdır. Bu prosesi faktiki olaraq TDT ölkələri başlayıb, dərin hüquqi-iqtisadi təməllər qoyulub. Bəyannamədə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın artırılması, Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsinin (“Yaşıl dəhliz”) inkişaf etdirilməsi, bərpaolunan geniş enerji potensialının üzv dövlətlərə və üçüncü ölkələrə ixracı və ticarəti üçün geniş enerji sistemlərinin yaradılması, enerji inteqrasiyası və qarşılıqlı əlaqələrin koordinasiyası üzrə çağırışlar öz əksini tapıb. Həmçinin, Qarabağ Bəyannaməsində bu enerji koridorunun əlavə detallarına dair mexanizmlər formalaşıb və qardaş Türkiyənin də dəhlizdə yer alması rəsmiləşib. G7 ölkələrinin sərmayə proqramında “Yaşıl dəhliz”ə xüsusi yer verilməsi və maliyyələşməyə dair öhdəliklərin götürülməsi Türk dövlətlərinin yaşıl tranzit qovşağının da tezliklə başa çatdırılmasına imkan verəcək və TDT-nin böyük bir coğrafiyada üstünlüyünü möhkəmləndirməklə, Avropanın təmiz, etibarlı və sərfəli enerji ilə təmin edilməsində statusunu artıracaq. Bu, eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar dünya birliyində bu türk dövlətlərinin mövqeyinin möhkəmlənməsi, Avropa ilə əlaqələrin güclənməsi üçün dərin təminat deməkdir.
“Böyük Yeddlik” ölkələrinin 200 milyard dollarlıq sərmayə planlarında Asiya regionunun nəqliyyat və logistika imkanlarının artırılmasına dəstək verilməsi öz əksini tapıb ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam formalaşması və Aİ regionuna inteqrasiyanın dərinləşdirilməsi üçün səylərin artırılmasına çağırış deməkdir. Son vaxtlarda Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin artması, böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafına və beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verməsi Aİ üçün daha da aktuallıq kəsb edir. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan Aİ dəhlizin əsas coğrafi nöqtələri olan Mərkəzi Asiya ölkələri ilə əlaqələri intensivləşdirib.
Beləliklə, “Böyük Yeddilik” Asiya sərmayə proqramını icra etməklə Türk Dövlətləri Təşkilatının müəyyən etdiyi strateji hədəflərə dəstək verərək Asiya və Avropa arasında iqtisadi bağlantılarının möhkəmləndirilməsinə, iqtisadi potensiallarının böyüməsinə zəmin yaratmış olacaq.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

