Dayanıqlı təhlükəsizlik yastığı
02.08.2024 [10:10]
Strateji valyuta ehtiyatlarımız 70 milyard dollara çatmaqdadır
2024-cü ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard dollara yüksəlib. Ehtiyatların əsas suveren yığım institutu olan Dövlət Neft Fondunun rezervləri 6 ay ərzində 3,4 faiz artaraq 58 milyard dollar təşkil edib. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatları 1,1 faiz artaraq 11.7 milyard dollara çatıb. Ölkəmizin cəmi ehtiyatlarının əsas sütunu olan hər iki dövlət təşkilatının yığım potensialının artması makroiqtisadi sabitliyin möhkəmlənməsində əsaslı rol oynamaqdadır.
Strateji valyuta rezervlərinin artım dinamikasına təbii ki, ölkə iqtisadiyyatının inkişaf indikatorları öz mühüm təsirini göstərməkdədir. Respublikamızın ixrac imkanlarının artması, dünya bazarında baş verən dəyişikliklər, beynəlxalq valyuta sistemindəki proseslər və digər amillər ölkəmizin valyuta ehtiyatlarının artması üçün təkanverici faktor rolunu oynayıb. Xüsusilə də COVİD-19 böhrandan 2 il sonra dünya iqtisadiyyatında canlanmanın müşahidə olunması neft bazarında qiymətlərin sabitliyinin möhkəmlənməsinə və yanacaq ixrac edən ölkələrin nəql imkanlarının artmasına səbəb olub ki, bu amil də Azərbaycanın ümumi gəlirlərinə öz təsirini göstərib.
ÜDM-in təxminən 70 faizi...
Hazırda Azərbaycanın strateji ehtiyatlarının 80 faizi Dövlət Neft Fonduna (DNF) məxsusdur və rezervlərin artım dinamikasını əsas etibarilə Fond müəyyən edir. Məsələ ondadır ki, son aylarda Azərbaycanın neft istehsalının və ixracının azalmasına baxmayaraq, Neft Fondunun aktivlərində heç bir azalma baş verməyib. Belə ki, Fondun ilk yarımillikdə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6,4 milyard manat, bonus ödənişlərindən 775 milyon manat, tranzit gəlirləri və akrhesabı ödənişlərdən 3,9 milyon manat əldə edilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox azalmadır. Ancaq Fond bu dövrdə bütün büdcə öhdəliklərini artıqlaması ilə yerinə yetirib və valyuta vəsaitlərinin mükəmməl idarə edilməsi sayəsində 3 milyard manata yaxın qazanc əldə edib. DNF xarici ölkələrin nüfuzlu bank və maliyyə institutlarına, daşınmaz əmlak bazarına, səhm və qiymətli kağızlara, eləcə də qızıla yatırım edərək həmin aktivlərin idarə olunmasından isə 1,8 milyard dollar və ya 2,9 milyard manat gəlir əldə edib. Bu isə o deməkdir ki, Fond gəlirlərinin təxminən 32 faizini beynəlxalq maliyyə bazarlarında yerləşdirdiyi aktivlərin idarə olunmasından qazanır. Bu amil valyuta yığımlarının gələcək artımı üçün mühüm əhəmiyyət daşıyır. DNF, həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntiləri nəzərə alaraq informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək verir ki, bu da gələcək suveren yığımların tempini daha da artıracaq.
Ölkəmizin strateji ehtiyatlarının artmasında Mərkəzi Bankın rolu da əhəmiyyət daşıyır və son illərdə MB-nın ehtiyatların müxtəlif alətlərə yerləşdirməsi, xüsusilə də qiymətli kağızlar bazarında aktiv yer alması rezervlərin böyüməsinə səbəb olmaqdadır. Bununla yanaşı, Azərbaycanın güclü maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin də təsiredici rolu az deyil. Belə ki, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması və enerji gəlirlərinin əvvəlki illərə nisbətən aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun güclü artımı ilə maliyyə gəlirlərinin artımı kompensasiya edilib ki, bu da, büdcə xərclərinin neft daxilolmalarının azalması və digər mənbələr hesabına stimullaşdırılmasına səbəb olub. Bu tendensiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir ki, bu da maliyyə sabitliyinin qeyri-neft dayaqları üzərində köklənməsinə işarədir. Bu xüsusda növbəti illər ərzində Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsi dəstəklənəcəkdir.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in təxminən 70 faizini təşkil edir ki, bu da güclü təhlükəsizlik yastığı deməkdir. Strateji valyuta ehtiyatlarının artması ölkəmizin maliyyə potensialını da möhkəmləndirir. Bu günlərdə Azərbaycanın “BBB-” reytinqi ilə dəyərləndirən “Fitch Ratings” təşkilatının yeni reytinq təyinatında Azərbaycanın xarici valyutada olan ehtiyatlarının dayanıqlılıq əmsalı da xüsusi rol oynayıb. Belə ki, ölkəmizin suveren aktivlərinin 70 milyard dollara yaxınlaşması uzunmüddətli güclü maliyyə sabitliyi əmsalı kimi xarakterizə olunur. Respublikamızın valyuta ehtiyatlarının həcmi dövlət borcunu dəfələrlə üstələyir ki, bu da davamlı və uzunmüddətli layihələrin maliyyələşməsini təmin edir və güclü maliyyə ehtiyatları bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verir.
Manatın məzənnəsi sabit qalacaq
Strateji valyuta rezervlərinin artım dinamikası və dayanıqlılığı həm də Azərbaycanın milli valyuta ehtiyatlarının təminatında və sabitliyində də əhəmiyyətli rol oynayır. Belə ki, valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinə tam cavab verməsini möhkəmləndirməklə hansısa təhlükənin yaranmasının qarşısını da almış olmaqdadır. Yəni, dünya maliyyə böhranının davam etdiyi dövrdə bu həcmdə valyuta rezervlərinə malik ölkə böhranın hər hansı bir təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir.
Güclü strateji ehtiyatlar portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Proqnozlara görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq və bu, həm də bəzi dairələrdə yayılan devalvasiya söhbətlərinin gerçəklikdən uzaq olmasını əsaslandırır. Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq. Buna görə də
ölkəmizin güclü valyuta blokunun formalaşması manatın sabit məzənnəsinin qorunmasına uzunmüddətli təminat funksiyasını daşıyacaq.
Göründüyü kimi, Azərbaycan hökumətinin valyuta sərvətlərinin səmərəli şəkildə həm idarəetməyə verilməsi, həm də istifadə olunması ilə bağlı yürütdüyü siyasət makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda mühüm əhəmiyyət kəsb edir. Dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına xidmət edən siyasətin həyata keçirilməsi, dünyada maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, Azərbaycanın bu təsirlərdən kənarda qalması ilə nəticələnməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

