Biznes üçün yeni imkanlar
03.08.2024 [10:50]
İnnovasiya və yüksək texnologiyalara dəstək məqsədilə Rəqəmsal Məcəllə hazırlanır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllə layihəsini yaxın vaxtlarda yekunlaşdıracaq. Məcəllə ölkədə rəqəmsal sahədə hüquqi tənzimlənməni, müxtəlif inkişaf konsepsiyalarının idarə olunmasına nəzarəti, süni intellekt strategiyasının və “Elektron hökumət” infrastrukturlarının işinin koordinasiya olunmasını və digər qanunvericlik məsələlərini özündə əks etdirəcək. Bu baxımdan sənədin beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübəyə əsaslanmaqla, rəqəmsallaşma və elektron hökumət üzrə beynəlxalq reytinqlərdə ilk 10-luqda olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə uyğun hazırlanması nəzərdə tutulur.
Avropa və Asiya ölkələri ilə əməkdaşlıq
Rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən və bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən ayrılmaz prosesinə çevrilib. Son illər ərzində ölkəmizdə “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və
ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. Həmin infrastrukturun bazasında iqtisadi inkişafın daha yeni tələbi olan “Rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi üçün əlavə imkanlar səfərbər edilib. Çünki müasir inkişaf tələbləri rəqəmsal texnologiyaların tətbiqi və açıq məlumatlardan istifadə yolu ilə xidmətlərin göstərilməsini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini zəruri edir. “Rəqəmsal hökumət”in formalaşması isə rəqəmsal bilik, bacarıq və vərdişlərin artırıldığı, o cümlədən biznes proseslərinin avtomatlaşdırıldığı və rəqəmsal iqtisadiyyatın mövcud olduğu rəqəmsal cəmiyyət quruculuğundan keçir. Azərbaycan bu məqsədlərə çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə yolu ilə dövlət idarəçiliyində səmərəlilik və vahid yanaşma təmin edilməsini, dövlət idarəetməsinin və biznes proseslərinin rəqəmsallaşma ilə bu sahələrdəki pərakəndəliliyi aradan qaldırılmasını, iqtisadi artıma və sahibkarlığın, eləcə də insan kapitalının inkişafına nail olunmasını başlıca hədəflər kimi müəyyən edib.
Qeyd edilən istiqamətlərdə ötən illər ərzində kifayət qədər uğur və nailiyyətlər də əldə olunub. Rəqəmsallaşma ilə bağlı qabacıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyəti indeksləri üzrə mövqeyinin artmasında da mühüm rol oynayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada yer alıb. Həmçinin, Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2023-ci il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib.
Azərbaycan hökuməti rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat quruculuğuna daha geniş yer vermək, rəqəmsal transormasiyanı cəmiyyətin idarə olunmasının ən vacib sektoruna çevriməkdə qərarlıdır. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilimiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edən tədbirlər müəyyənləşibdir. Həmin tədbirlər planına əsasən, rəqəmsal infrastrukturların vahid mərkəzdə birləşdirilməsi, idarə olunması həlli vacib məsələ kimi dayanır. Bu isə rəqəmsal sektorda vahid hüquqi qanunverilciyin tətbiqini tələb edir. Hazırda rəqəmsal sektorda hüquqi məsələlərin həllində, idarəetmədə meydana çıxan hüquqi problemlər mövcuddur ki, bunların nizamlanması üçün Məcəllənin qəbuluna ehtiyac duyulur.
Məcəllə rəqəmsal sahədə hansı dəyişikliklərə səbəb olacaq?
Hazırda rəqəmsal sektorda koordinasiyanı təmin edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət göstərməkdədir. Ancaq bir sıra hallarda qanunvericilik və hüquqla bağlı problemlər dövlət və özəl sektorun işinə maneə yaradır. Ona görə də rəqəmsallaşma sahəsində biznesin və dövlət orqanlarının üzləşdiyi hüquqi çətinliklərin aradan qaldırılması ilk növbədə rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar vəd edir, biznesin daha çevik reallaşdırılmasına və iqtisadi artımın sürətlə baş verməsinə şərait yaradır. Eləcə də bu prosesin cəmiyyət həyatına daha geniş nüfuz etməsi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir. Bu baxımdan Rəqəmsal Məcəlləsinin qəbul olunması ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində həyata keçirilən siyasətin daha da optimallaşmasına imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

