“Həmrəylik Halqası”nın əhatəsi genişlənir
08.08.2024 [11:13]
Avropa ölkələri Azərbaycan qazı əldə etmək üçün qaz şəbəkələrini TAP-a inteqrasiya edir
Budapeştdə Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair anlaşma memorandumu imzalanıb. Rumıniyanın energetika naziri Sebastyan Burduja və Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Dedoviç-Handanoviç tərəfindən imzalanan sazişə əsasən, bu regiondakı qazötürücü sistemlərin BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) qaz kəməri ilə birləşdirilməsi nəzərdə tutulur.
Cənub Qaz Dəhlizi genişləndirilir
Bu isə Cənub Qaz Dəhlizi şəbəkəsinin daha da genişləndirilməsi və Avropaya yanacaq nəql edən magistral boru xəttinin şaxələndirilməsi deməkdir. Rumıniya və Serbiya gələn il interkonnektorun tikintisinə başlamağı və 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Macarıstan, Bolqarıstan və Rumıniya 3 il əvvəl Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşü çərçivəsində boru kəməri sisteminin inkişafı haqqında saziş imzalayaraq qısa müddətdə Azərbaycandan qaz tədarükünü nəzərdə tutan innektorları işlək vəziyyətə gətirib. Bunun ardınca Bolqarıstan-Yunanıstan İnterkonnektorunun işə salınması Azərbaycan təbii qazının həmin ölkələrə Azərbaycan qazınını çatdırılması mümkün olub və hər 3 ölkə Trans-Adriatik Boru Kəməri (TAP) ailəsinə üzv olub. Regional qaz sistemləırinin birləşdirilməsinin növbəti mərhələsi BRUA xəttinin TAP-a qoşulması istiqaməıtində atılan addım olub. Belə ki, BRUA xəttinin 4 ötürücü sistemin operatoru olan “Bulgartransgaz”, (Bolqarıstan), “Transgaz” (Rumıniya), “FGSZ” (Macarıstan) və “Eustream” (Slovakiya) şirkətləri ilə “SOCAR” arasında 2023-cü ilin aprel ayında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı ilə baş tutan mərasimdə tərəflər qazın tədarükü ilə bağlı niyyətlərini bəyan ediblər. “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemlərinin TAP-a birləşdirilməsi sayısindıə həmin ölkələrə Azərbaycan qazının çatdırılması mümkün olub. BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edən böyük bir axın arteriyasıdır. BRUA kəmərinin yeni qazpaylayıcı sistemlərə inteqrasiya olunması Rumıniya və Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regional bazara şaxələndirilməsi sayəsində Avropanın Xəzər və Mərkəzi Asiya bölgəsindən yanacaq axınlarının daha geniş coğrafiyada nəqlini də artıracaq. Belə ki, Avropa Komissiyasının ekspertləri hesab edirlər ki, Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi böyük siyasi iradənin nümayişidir və bu məsələdə rəsmi Bakının qətiyyəti təqdirolunasıdır. Azərbaycan indiyə qədər Avropa İttifaqının 10 dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Sazişlərin icrası sayəsində hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniyaya ixrac edilir. Bu, Avropa İttifaqına üzv dövlətlərin üçdəbirinin Azərbaycanın strateji tərəfdaşına çevrildiyini təsdiqləyir.
Alternativ marşrutlar
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun BRUA xəttinə qoşulması isə Cənub Qaz Dəhlizinin yeni seqmenti olmaqla Avropa regionuna əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək və Azərbaycanın qlobal rolunu artıracaq. Qaz İnterkonnektorunun genişləndirilməsi Azərbaycan qazının Avstriyaya da nəqlinə imkan verəcək. Həmçinin, paylayıcı sistemlərin birləşdirilməsi sayəsində növbəti mərhələdə Albaniyanın da Cənub Qaz Dəhlizinə inteqrasiyası nəzərdə tutulur. Eyni zamanda, Slovakiyanın da “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində öz infrastrukturlarını bu ailənin konnektorlarına birləşdirəcəyi gözlənilir.
Avropa ölkələrinin ard-arda qazpaylayıcı şəbəkələrinin Cənub Qaz Dəhlizinə inteqrasiyası isə TAP-ın genişləndirilməsini meydana çıxarır. 2027-ci ildən sonra qazın nəql həcmlərinin 20 milyard kub.metrə qədər artırılması TAP və nəql zəncirindəki ötürmə infrastrukturlarının da gücləndirilməsini tələb edir. TAP Əməliyyat Qrupunun icraçı direktoru Luka Skiepatti bir neçə gün əvvəl bildirmişdi ki, kəmərin genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi üçün qrup üzvləri tərəfindən yeni xərc portfeli müəyyənləşib və TAP-ın genişləndirilməsinin ilk mərhələsi 2025-ci ildə başa çatdırılacaq. Bu işlər çərçivəsində Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacaq. Kəmərin ötürücülük gücünün artmasında əsas mənbə “Şahdəniz” yatağından əldə edlən qaz olacaq. Mövcud resursların qiymətləndirilməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Növbəti mərhələdə Xəzəryanı ölkələrin - Türkmənistan və Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması sayəsində TAP-ın nəql gücü də 2 dəfə artacaq.
Türkmən qazı Türkiyəyə çatdırılacaq
Yeri gəlmişkən, Türkmənistan hökuməti qazın Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya çatdırılması istiqamətində işləri başa çatdırmaq üzrədir. Türkmənistan ilə Türkiyə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, ilkin mərhələdə 2 milyard kubmetr türkmən qazının Türkiyəyə çatdırılması nəzərdə tutulur. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyədən keçməklə Avropaya daşınması əhəmiyyətli dərəcədə artacaq.
Beləliklə, Avropa ölkələrinin öz qaz infrastrukturlarını vahid sistemdə birləşdirməsi, TAP-ın genişləndirilməsi və Mərkəzi Asiya ölkəıləri ilə yeni anlaşma sazişlərinin icrası yaxın 4-5 ildə Avropa İttifaqı bazarına qaz təchizatının iki dəfə artırılmasına səbəb olacaq. Yanacağın əsas ixracatçısı və ötürücüsü Azərbaycanın nəql blokuna daxil olan ölkələrin sayı isə 12-yə çatacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

