Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
23.09.2024 [20:13]
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Yeniazerbaycan.com-a bildirilib ki, mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Masallı və Neftçala rayonlarında keçirilib.
Yarmarkaların müxtəlif regionlarda keçirilməsində məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır. Eyni zamanda, bu tədbirlər fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanları yaradır.
Kənd Təsərrüfatı Nazirliyinin qurumları, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin birgə tərəfdaşlığı ilə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında və Neftçala rayonu Hüseyn Cavid parkında keçirilən toxum sərgi-satış yarmarkasında toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub.
Masallı rayonunda toxum sərgi-satış yarmarkası çərçivəsində “Respublika Toxumçularının II Forumu” keçirilib. Forumda Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, "Azərbaycan Toxumçular Assosiasiyası” eləcə də “Agro Dairy”, Azərsun” və “Region Agro” şirkətlərinin mütəxəssisləri çıxış ediblər.
Forum zamanı yüksək məhsuldar toxum sortlarının yaradılması və düzgün istifadəsi, toxumların sortluq və səpin keyfiyyətlərinin təyin edilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə təqdimatlar edilib və mövzu ətrafında müzakirələr aparılıb. Forumda toxumçu fermerlərin rəyləri və təklifləri dinlənilib.
Qeyd edək ki, Neftçala rayonunda keçirilən Aqrar Biznes Festivalında “Şirvan-Salyan iqtisadi rayonunun aqrar potensialının inkişaf perspektivləri”nə dair panel müzakirə təşkil olunub. Panel zamanı rayonun əsas prioritet sahələrindən olan balıqçılıq, eləcə də toxumçuluq və kənd təsərrüfatının müxtəlif sahələri üzrə mövzulara toxunulub. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri çıxış edib, regionun kənd təsərrüfatının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub. Həmçinin festivalda Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə subsidiyalarla bağlı məlumatlandırma işləri həyata keçirilib.
Festivallarda iştirakçılara COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq ekoloji məhsullar, kənd təsərrüfatı təyinatlı texnologiyalar, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı xidmətlər, o cümlədən aqrar sığorta məhsulları təqdim olunub. Festival zamanı aqrar sığorta, onun işləmə prinsipi, əhatə dairəsi və faydaları barədə fermerlərə məlumat verilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə 8 rayonda toxum sərgi-satış yarmarkası keçirilib. Növbəti toxum sərgi-satış yarmarkalarının Balakən, Qax, Cəlilabad, Beyləqan və Şabran rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

