Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
04.10.2024 [21:09]
Oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Azər Əmiraslanov gündəliyin birinci məsələsini - komitə 2024-cü ilin payız sessiyası üçün iş planını müzakirəyə təqdim edib. Bildirilib ki, sənəddə qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, komitənin profilinə aid məsələlərlə bağlı ictimai dinləmələrin, müzakirələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.
İkinci məsələ - “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, növbəti məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi texniki xarakterlidir. Layihə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının və satışının ƏDV-dən azadolma müddətinin 2025-ci il yanvarın 1-dək daha iki il uzadılmasını nəzərdə tutur.
Qeyd olunub ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də texniki xarakterlidir. Belə ki, sənəddə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsinə daşınar əmlakın seriya nömrəsinin də əlavə olunmasının hüquqi əsasları yaradılır.
Gündəliyin beşinci məsələsi olan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Elnur Yusifov məlumat verib. Qanunvericilikdə yükdaşımaları üzrə fəaliyyətin “Fərqlənmə nişanı” almaqla sabit qaydada sadələşdirilmiş verginin ödənilməsi rejimindən çıxarıldığından təqdim edilmiş layihədə uyğunlaşma çərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif olunub. Müvafiq olaraq "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında" qanunlara da uyğunlaşma çərçivəsində dəyişikliklər təklif edilib.
Gündəliyin növbəti üç məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihələri barədə komitə sədri Azər Əmiraslanov məlumat verib. Bildirilib ki, hər üç saziş bu il iyulun 11-də Pakistanın İslamabad şəhərində imzalanıb və ölkələrimiz arasında mövcud olan siyasi, hərbi, diplomatik əməkdaşlığın iqtisadi məzmunla möhkəmləndirilməsinə xidmət edir.
Beynəlxalq sazişlə bağlı növbəti məsələ - “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edir.
Gündəliyin 10-cu məsələsi olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi “Siyasi partiyalar haqqında" Qanunda aparılmış dəyişikliklərin müvafiq normativ-hüquqi aktlarda təsbit olunması məqsədilə hazırlanıb.
Komitə sədri, həmçinin Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə də məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsini ehtiva edir.
Növbəti məsələ ilə bağlı diqqətə çatdırılıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi spesifik xarakter daşıyır. Belə ki, sənəd əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması məqsədi ilə hazırlanıb.
Gündəliyin 13-cü məsələsi olan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədardır.
Komitənin müzakirəsinə təqdim olunan “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik olunması barədə qanun layihəsi (birinci oxunuş) isə yeni yaradılmış arbitraj sisteminin institusional baxımdan gücləndirilməsinə xidmət edir.
Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri Əli Məsimli, Ziyad Səmədzadə, Aydın Hüseynov, Heydər Əsədov, Müşfiq Cəfərov çıxış edib, sənədlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
Deputatlar komitənin 2024-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyib, müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

