Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirilib
16.11.2024 [18:14]
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirib.
AZƏRTAC xəbər verir ki, “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.
Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.
Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.
Forum iki əsas sessiyadan ibarət olub.
“Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition) mövzusunda keçirilən birinci sessiyası, qlobal iqlim hədəflərinə nail olmaq üçün enerji keçidləri, uyğunlaşma strategiyaları və innovativ siyasətlərə həsr olunub.
“Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən ikinci sessiyada yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi müzakirə edilib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə, yaşıl iqtisadiyyatın inkişafı və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Forum iştirakçıları tərəfindən iqlim məqsədlərinin həyata keçirilməsində beyin mərkəzlərinin rolunu artırmaq üçün təkliflər irəli sürülüb. Tədbir, həmçinin Azərbaycanın yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinə qarşı qlobal səylərə verdiyi töhfəni bir daha nümayiş etdirib.
Forumda Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə yanaşı, “Brookings Institutions”, İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu (IAI), Braziliya Beynəlxalq Münasibətlər Mərkəzi (CEBRI), BMT Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu, Stokholm Ətraf Mühit İnstitutu, Su və İqlim Dəyişikliyi üzrə Asiya Platforması, Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu, Qazaxıstan-Britaniya Texniki Universiteti, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi (KAPSARC) kimi nüfuzlu qlobal beyin mərkəzlərinin rəhbər heyəti iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

