Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb

26.11.2024 [15:13]

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən yeni məhsul istehsalına başlanılıb.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb.

Hazırda yeni məhsulun 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.

Qeyd edək ki, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür.

İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31