Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Rusiyanın Dağıstan Respublikası bağçılıq sahəsində layihələr həyata keçirəcək

Azərbaycan və Rusiyanın Dağıstan Respublikası bağçılıq sahəsində layihələr həyata keçirəcək

26.11.2024 [16:58]

Azərbaycan şirkəti Rusiyanın Dağıstan Respublikasında tingçilik sahəsi və meyvə bağı salacaq.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Rusiyanın Dağıstan Respublikası üzrə Kənd Təsərrüfatı Mərkəzi (“Rosselxoztsentr”) Azərbaycanın İSFA şirkətinin nümayəndələri ilə müqavilə imzalayıb və bu sənəd çərçivəsində tərəflər bağçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi planlarını müəyyən ediblər.

Azərbaycan şirkəti Dağıstanda tingçilik sahəsi yaratmaq, o cümlədən 53 hektar ərazidə meyvə - alça, nektarin, albalı, zeytun, şaftalı bağları salmaq niyyətindədir.

“S.R.Plast” şirkətinin təsisçisi Ramin Seyfullayev bildirib ki, Azərbaycan Dağıstanda yüksək texnologiyalı tingçilik sahəsinin yaradılmasına, eləcə də zeytun bağının salınmasına investisiya qoymaq niyyətindədir.

Filialın rəhbəri Janna Kazanbiyevanın sözlərinə görə, Rusiya Kənd Təsərrüfatı Mərkəzi tinglikdə istifadə olunan tinglərin (əsasən albalı) sertifikatlaşdırılması xidmətləri göstərəcək.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31