Vergi yükünün azaldılması, investisiya mühitinin yaxşılaşdırılması...
05.12.2024 [09:12]
Qanunvericilikdə aparılan dəyişikliklər biznesin və investorların mənafeyinə xidmət edir
Məlum olduğu kimi Prezident İlham Əliyev “ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib. 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bütün bu hədəflər isə ölkəmizin dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün mövcud potensialın daha da gücləndirilməsinə xidmət edir. Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər üzrə siyasətin əsas istiqamətlərində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi bəndlər nəzərdə tutulub.
Biznesin vergi yükünün azaldılması
Vergi qanunvericliyinə edilmiş dəyişikliklər bir neçə istiqamətdə təsnifləşdirilə bilər. İlk istiqamət sahibkarlıq fəaliyyətinin təşviqi yolu ilə biznes icmasının vergi yükünün azaldılması, investisiya mühitinin yaxşılaşdırılması, eləcə də dövlət - özəl sektor tərəfdaşlığının müasir çərçivəsinin yaradılmasıdır. Bu hədəf üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Təşviqlər bərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınmasını və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmalarını əhatə edir. Bu istiqamətin digər bəndi kimi teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsidir. Məqsəd qeyd edilən hər bir sahədə dövriyyələrin şəffaflaşdırılması və gəlirliliyin artırılmasıdır.
ƏDV güzəştləri ilə bağlı əsas istiqamətlər
Vergi Məcəlləsində dəyişikliklərin digər istiqaməti 2025-ci il yanvarın 1-dən müddəti bitən bir sıra güzəştlərin yenidən uzadılmasıdır ki, bu da birbaşa yerli istehsal və emal sektorlarında təmsil olunan biznes sektorunun mənafeyinə xidmət edir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və həmin məhsulların qiymətlərinin artımının qarşısını almaq məqsədilə onların satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddəti yenidən uzadılacaq. Bundan başqa, sahibkarlıq fəaliyyətinin, rəqabətədavamlı neft məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədilə iri neft emalı zavodlarının modernləşdirilməsi işləri nəzərə alınaraq onlar tərəfindən avadanlıqların və materialların idxalı ƏDV-dən azad olunacaq. Bu, yanacaq bazarında əlverişli qiymət tariflərinin tənzimlənməsində mühüm rol oynayacaq. Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsalı məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı da ƏDV-dən azad olunur. Həmçinin tibb turizminin inkişafı üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələri və əmlaklar üzrə vergi azadolunması da nəzərdə tutulub.
ƏDV ilə bağlı güzəşt paketində digər bir bölmə qeyri-rezidentin sifarişi əsasında gəmiçilik müəssisələri tərəfindən dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin sıfır dərəcə ilə vergiyə cəlb edilməsidir. Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci ilin yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad ediləcək. Bu dəyişiklik investisiya mühitinin təkmilləşdirilməsi məqsədi daşımaqla, logistika şirkətlərinin xərclərinin azalması fonunda malların qiymət artımın qarşısının azalmasına səbəb ola bilər.
Vergitutma bazasının genişləndirilməsi
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci istiqaməti vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Həmin istiqamət üzrə qiymətli daşların və metalların, onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, daşınar əmlakın alqı-satqısı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılacaq. Həmin əməliyyatları aparan şəxslərə maliyyə sanksiyası tətbiq olunacaq.
Vergi qanunvericliyində aparılan dəyişikliklərin növbəti istiqaməti ölkəmizin beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədi daşıyır. Bu istiqamətində əsas dəyişikliklər isə transmilli şirkətlər qrupuna daxil olan müəssisə tərəfindən bildirişin vergi orqanına təqdim olunması tələbinin müəyyənləşdirilməsi və bu tələbin pozulmasına görə maliyyə sanksiyasının tətbiqidir. Eləcə də, nəzarət olunan xarici əməliyyatlar və müəssisələr üzrə sanksiyanın artırılması, transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vergi orqanına vaxtında təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Ümumilikdə, cəmi dəyişikliklərin fəlsəfəsi mütərəqqi vergi inzibatçılığını formalaşdırmaq, biznes mühitinin təkmilləşdirilməsini dəstəkləmək və sosial rifaha töhfə verməkdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

