Bakı metrosunda hərəkət məhdudlaşdırılmadan ilk dəfə dəmir-beton bloklar tətbiq edilib
19.12.2024 [23:39]
“Bakı Metropoliteni” QSC-də daha bir texnoloji yenilik tətbiq edilib. Metroda ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.
Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni tipli yol infrastrukturunun qurulması şəraiti qiymətləndirilib. Bu qiymətləndirmə əsasında tətbiq ediləcək yenilik zamanı özül qatda görüləcək işlər müəyyən olunub. Yeni tipli yol quruculuğu metroda yararsız ağac şpalların dəyişdirilməsi prinsiplərinə uyğun qurulub. Dəmir-beton blokların qurulması texnlogiyalarına uyğun olaraq, hər çıxarılan gödək ağac şpalın əvvəlcə təməl qatında müvafiq düzləndirmə və yol betonu ilə sərt özül betonunun əlaqələndirilməsi işləri yerinə yetirilib. Daha sonra normativ tələblərə uyğun olaraq, dəmir-beton bloklar qoyularaq betonlanıb. Bu proses betonun quruması və qatarların hərəkətinin təsirlərinin öyrənilməsi şəraitində davam etdirilib. 2 ilə yaxın müddət ərzində stansiya yollarında 324 yararsız və istismar müddətini başa vurmuş gödək ağac şpal dəmir-beton blokla əvəzlənib. Bununla 2017-ci ildə “Bakı Metropoliteni" QSC-də Almaniyanın “Vollert” şirkətindən alınmış dünya standartlarına cavab verən avadanlıqlar əsasında yaradılmış istehsal sahəsinin məhsulu olan dəmir-beton blokların tətbiqinə daha böyük imkanlar yaradılıb.
Dəmir-beton blokların quraşdırılması “Vollert Rheda” sistemli yolun üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri və digərlərinin istifadə edilməsi texnoloji yeniliklərin tətbiqi ilə tamamlanıb.
Dəmir-beton bloklar “Nərimanov” elektrik deposunda yaradılan qatarların sınaq yolunda, əsaslı təmir işləri aparılarkən “Xətai” və “Cəfər Cabbarlı”, həmçinin COVID-19 pandemiyası dövründə metropolitendə sərnişindaşıma fəaliyyətinə tam məhdudiyyət qoyulduğu vaxt “Elmlər Akademiyası” stansiya yollarında tətbiq edilib. Tunellərə gəlincə, metropoliten tarixində ilk dəfə istismarda olan tunel yolu kimi “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500 metrlik hissəsində qoyulub. Yeni inşa olunan sahələrdə - Bənövşəyi xəttin tunel və stansiya yollarında da 2017-ci ildən dəmir-beton bloklardan istifadə olunur. Bu xüsusda “8 Noyabr”, hazırda inşa edilən “B-04” stansiya yolları ilə yanaşı, “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-8 Noyabr” və “8 Noyabr-B-04” mənzillərinin tunel yollarında da tətbiq edilib.
Yaxın vaxtlarda digər stansiyaların baş yollarında da mərhələli şəkildə yeni tipli yol quruculuğuna başlanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

