Qlobal nəqliyyat körpüsü
24.12.2024 [08:55]
Orta Dəhliz beynəlxalq ticarətin çevikliyini artıran “Digital Hub”a çevrilir
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto “Report”a müsahibəsində Orta Dəhlizin inkişaf perspektivlərindən danışarkən vurğulayıb ki, Çin və Avropa arasında nəqliyyat körpüsünə çevrilən Orta Dəhliz beynəlxalq yükdaşımalar üçün strateji əhəmiyyətini dayanmadan artırmaqdadır. Geosiyasi dəyişikliklər və ənənəvi marşrutlardakı məhdudiyyətlər bu dəhlizi qlobal ticarət və logistika sektorunun diqqət mərkəzinə gətirməkdədir. Dünyada daşınma və logistika üzrə ixtisaslaşmış nəhəng beynəlxalq şirkətlərin əksəriyyəti səmtini alternativ marşrut kimi Orta Dəhlizə yönəldir.
U. Prettonun fikrincə, Orta Dəhlizin miqyası və coğrafi hüdudları o qədər geniş və cəlbedicidir ki, vahid iqtisadi zona kimi optimallaşdırılması aktuallaşıb. Ona görə də qlobal tərəfdaşlar dəhlizin tam potensialını hərəkətə gətirmək üçün həllini gözləyən məsələləri nəzərə almalıdır. Belə ki, gömrük-sərhəd keçid məntəqələrində tıxaclara və yüklərin daşınma müddətində gecikmələrə səbəb olan texniki-fiziki amillərin aradan qaldırılması, gömrük və sərhəd infrastruktularının təkmilləşdirilməsi, sərhəd məntəqələrində prosedurların rəqəmsallaşdırmasının artırılması istiqamətində addımlar atılmalıdır. Nəticədə, bu tədbirlərin həyata keçirilməsi Orta Dəhlizin potensialının tam şəkildə reallaşmasına və meqanəqliyyat arteriyasına çevrilməsinə səbəb olacaq.
TIR elektron bəyannamə sistemi gömrük risklərini azaldır
Qeyd edək ki, Orta Dəhlizin iştirakçısı olan ölkələr də həmin prioritet çağırışları vacib sayır. 2024-cü ilin əvvəlindən indiyədək keçirilən işçi qrupun iclaslarında bu istiqamətində birgə səylərin əlaqələndirilməsi qərara alınıb. Əsas təşəbbüslərdən biri də nəqliyyat axıcılığının rentabelliyini təmin etmək üçün TIR sisteminin effektiv tətbiqidir. TIR elektron bəyannamə sistemi (TIR-EPD) bir çox ölkədə gömrük risklərinin daha dəqiq qiymətləndirilməsinə və aşağı riskli daşımaların sürətləndirilməsinə imkan verən unikal model kimi tətbiq olunmaqdadır. Bu sistem yükdaşımaların daha təhlükəsiz və sürətli həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, bu rəqəmsal infrastruktur müxtəlif nəqliyyat növləri arasında əlaqələndirməni təmin etməklə tranzitin sürətini və etibarlılığını artırır.
Qardaş Türkiyənin Yaxın və Orta Şərq bölgələrini birləşdirən tranzit xətlərində bu modelin tətbiqi neçə ildir ki, öz mühüm üstünlüyünü göstərməkdədir. Bu baxımdan Orta Dəhliz ailəsinin üzvlərindən biri kimi Türkiyə təcrübəsi tərəflər üçün əhəmiyyət kəsb edə bilər. Hazırda Mərkəzi Asiya ölkələri TIR zolaqlarının yaradılması və E-TIR sisteminin genişləndirilməsi kimi təşəbbüsləri dəstəkləyərək tərəfdaşlarla digər vahid rəqəmsal imkanları nəzərdən keçirir.
Azərbaycan “Ro-Pax” nəhəng bərə-gəmilərini Orta Dəhlizə cəlb edib
Orta Dəhlizin ən strateji həlqələrindən biri olan Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması üçün də müasir rəqəmsal layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə də rəqəmsal texnologiyaların tətbiqi yolu ilə səmərəliliyin yaxşılaşdırılması, təmiz ekoloji nəqliyyat şəbəkələrinin yaradılması, bir sözlə Orta Dəhlizin “yaşıl koridor”a çevrilməsi planlaşdırılır. Həmçinin, daşınmalarda çevik və dinamik “Ro-Pax” tipli gəmi bərələrinin sayının artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır.
Yeri gəlmişkən, Azərbaycan son illərdə Orta Dəhlizin tərkib hissəsi olan nəqliyyat-logistika infrastrukturunun tamamilə yeniləyib, nəqliyyat dəhlizlərinin səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında elektron idaretmə sistemini formalaşdırıb. Həmçinin, Xəzər Dəniz Gəmiçiliyi Bakı Gəmiqayırma Zavodunda 3 “Ro-Pax” bərə-gəmi inşa edib, həmin gəmilərin 2-si neçə aydır ki, Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur, 3-cü bərə-gəmi isə yaxın günlərdə istifadəyə hazır olacaq. Digər Xəzəryanı ölkələr də eyni tipli gəmi infrastrukturlarının sayını artırmaq üçün səylərini artırıb.
Maliyyə təşkilatları dəhlizin rəqəmsallaşmasına donorluq edir
Göründüyü kimi, bütün tərəfdaş ölkələr Orta Dəhliz boyunca sərhədlərarası institusional çərçivənin yaradılması, beynəlxalq standartlara uyğunlaşma və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində fasiləsiz addımlar atmaqdadır. Eləcə də, müasir nəqliyyat daşıyıcılarının əldə edilməsi, liman və logistika mərkəzlərinin yaradılması, rəqəmsal sistemlərin inkişaf etdirilməsi və elektrin optikanın əlaqələndirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində beynəlxalq maliyyə institutları ilə danışıqlar intensivləşib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlar dəhlizin genişləndirilməsi layihələrinə maliyyə donorluğuna razılıqlarını bəyan edib.
Bütün bu addımlar yaxın illərdə Orta Dəhlizin qlobal nəqliyyat arteriyası ilə yanaşı, beynəlxalq ticarətin çevikliyini artıran “Digital Hub”a və iqtisadi platformaya çevriləcəyini şərtləndirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

