Qızılın dəyəri rekord həddə çatıb
17.01.2025 [09:39]
Cəlbedici investisiyaya çevrilən bu metalın yığımları da durmadan artır
2025-ci ilin ilk yarım ayı dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşması ilə müşayiət olunub. Dekabrın son günlərində bir troya unsiyası 2400-2500 dollara olan qızılın hazırkı qiyməti 2700 dollara yüksəlib. Nyu-Yorkun “Comex” birjasında qızılın bir unsiyası üçün fevral fyuçerslərinin qiyməti təxminən 10 dollar artımla proqnozlaşdırılaraq 2720 dollar ehtimal edilib.
ABŞ-ın UBS analitiklərinin fikrincə, qızılın qiymətinin 2025-ci ildə də artmağa davam edəcəyini proqnozlaşdırır. Bu amil investorlar arasında da yığımların transformasiyasına yeni stimullar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla yönəldəcək. Analitiklərin fikrincə, daha güclü ABŞ dolları və artan ABŞ istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yarada bilər. Ancaq buna baxmayaraq, külçə qızıl üçün tələbin artması ilə qiymətlərin ilin sonuna qədər 2,850 dollara çatacağı gözlənilir.
ABŞ-da siyasi hakimiyyət dəyişikliyi qızılın dəyərini yüksəldir
Qızılın bahalaşmasına ABŞ-da Donald Trampın prezident seçilməsinin təsirləri istisna deyil. Belə ki, Trampın yeni maliyyə siyasəti ucuz dollar, bahalı qızıl investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl bahalaşır. Eləcə də virtual pulların bahalaşması stimullaşır, qiymətli metallar yeni dəyərlər qazanır.
Qızılın bahalaşmasına ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin də təsirləri az rol oynamır. FED tərəfindən uçot dərəcəsi aşağı salındıqda Amerika valyutası ucuzlaşır və qızıla tələbat artır. Bayden hakimiyyətinin sonlarında, 2024-cü ildə FED uçot dərəcəsini artırmağa yönəlmiş addımlar atsa da, artıq pul siyasətinin əks istiqamətdə - uçot stavkasının aşağıya doğru meyl edəcəyi gözlənilir. Məhz bu amil də qızılın cəlbediciliyini artırır.
Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılır və hər il qızıl yığımlarının həcmi artır. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2024-cü ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 faizə yaxın artaraq 5 min tona yaxınlaşıb.
Azərbaycan üçün qızıl dövr başlayır
Dünya bazarında bu dəyərli metalın qiymət volatilliyi Azərbaycana da təsirsiz ötüşmür. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Neft Fondunun 2024-cü ilin III rübündə investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7 faiz) qızıl investisiyaları təşkil edib. DNF, ümumlikdə ötən ilin III rübündə 12,1 ton qızıl alıb.
Azərbaycan həm də qızıl ixrac edən ölkədir və hasil olunan metalın ixracı ölkəmizə dividentlər qazandırır. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2,2 min tona yaxın qızıl istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,9 ton və ya 1,7 faiz çoxdur. Ötən ilin eyni dövründə qızıl ehtiyatı isə 287,8 ton olub. Eyni zamanda, ölkəmiz ixracı da davam etdirib, İsveçrəyə 115 milyon 265,3 min dollar dəyərində 2 min 902 ton qızıl ixrac edib. Həmçinin, xarici ölkələrdən 1 milyard 833,9 milyon dollar dəyərində 23 min 859 tona yaxın qızıl idxal edib.
Mövcud ehtiyatlar təsdiqləyir ki, ölkəmizdə qızılçıxarma sənayesinin perspektivləri çox ümidvericidir. Çünki işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl və Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorlar cəlb edilib. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsinə, Azərbaycanın qızıl ehtiyatlarının artmasına səbəb olacaq.
Beləliklə, qızılın dünya bazarlarında rekord artımları Azərbaycan üçün əlverişli və yeni investisiya bloku kimi xüsusi əhəmiyyət daşıyır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17

