Azərbaycanın uğurları region üçün nümunədir
24.01.2025 [11:13]
Dünya İqtisadi Forumu ölkəmizin “rəqəmsal iqtisadiyyat” quruculuğunu yüksək qiymətləndirib
Dünya İqtisadi Forumunun (DİF) bu günlərdə dərc edilən “Təsir Hesabatı: Dördüncü Sənaye İnqilabı Şəbəkəsi 2023-2024 Mərkəzi” (“Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024”) adlı hesabatında Azərbaycanda müasir innovasiya və sənaye quruculuğu yönündə son illərdə aparılan islahatları yüksək dəyərləndirilib. Hesabatda qeyd olunur ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsi hədəf prioritetlərinə çatmaq yolunda xeyli müsbət dəyişikliklərə səbəb olub. “Digital FDI” təşəbbüsü Azərbaycanın innovasiya və sahibkarlıq mühitinə mühüm təsir göstərib, yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşmasına strateji dəstək verib. Şirkət və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və praktik tövsiyələr almaq imkanı qazanıb ki, bu da onların investisiya cəlb etmə və fəaliyyətlərini genişləndirmə potensialını artırıb. Ümumilikdə, həmin strateji çərçivəyə əsasən, Azərbaycanda “rəqəmsal iqtisadiyyat” quruculuğu arxitekturası xeyli güclənib, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələr arasında koordinasiyanın güclənməsi bazar dinamikasının yüksəlməsinə şərait yaradıb.
Rəqəmsal texnologiyaların yeni ünvanı - azad ərazilər
DİF-in ekspert qrupunun qənaətinə görə, sürətlə dəyişən qlobal mühitdə Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi artımın əsas amili kimi görür və həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaradır, məqsədyönlü tədbirlər həyata keçirir. Bildirilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması və rəqəmsallaşmanın inkişafı Azərbaycan üçün sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.
Hazırda ölkəmizdə süni intellekt müxtəlif sahələrdə, o cümlədən, sənaye, energetika, kənd təsərrüfatı, SOCAR-ın müsəssisələri və sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə daha geniş tətbiq edilir. Bundan başqa, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və gömrük araşdırmalarının süni intellekt əsasında aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanlar arasında ünsiyyətin qurulması və məlumat mübadilələrinin qurulması istiqamətində də işlər aparılır.
Süni intellektlərin geniş istifadə olunduğu texnologiyalar ağıllı sistemlərə əsaslanır. Bu baxımdan Azərbaycanda son dövrlərdə “ağıllı texnologiyalar”a geniş yer verilməsi yeni sənaye inqilabı quruculuğu hədəflərinə tam cavab verir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından istifadənin artması da müasir süni inlellekt texnologiyalarına keçidin sürətlənməsindən xəbər verir.
DİF-Azərbaycan əməkdaşlığı regional rəqəmsal quruculuğa töhfə verir
Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlaması ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bildirib ki, pilot layihə DİF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Müasir enerji gündəliyinə uyğun olaraq layihə süni intellektin energetika sahəsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Bu layihə müsbət və uğurlu nəticələr verməklə digər ölkələr üçün model olacaq.
DİF Azərbaycanda rəqəmsal mühitin inkişafında yerli və xarici investisyaların əhəmiyyətinə də diqqət çəkir. Bu layihə rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.
Süni intellekt təmiz enerjiyə keçiddə mühüm rol oynayır
Hesabatda vurğulanır ki, süni intellekt təmiz enerjiyə keçiddə də mühüm yer tutur. Bu innovasiya və texnologiyaların köməyilə karbohidrogenlərin istehsalı və emalında ən yaxşı nəticəyə nail olmaq mümkündür. Ölkəmizin milli neft təchizatçısı - SOCAR-ın 2050-ci il üçün “Xalis sıfır” hədəfləri də süni zəka infrastrukturuna fokuslanıb. Hazırda karbon emissiyaları sahələrinin dəqiq aşkarlanması və idarə olunmasında peyklər və dronlar da daxil olmaqla digər süni texnologiyalara geniş yer verilməkdədir. Həmçinin bu texnologiyalardan istifadə yolu ilə metan emissiyalarının izlənməsi və azaldılması nəzərdə tutulur.
Hazırda Azərbaycan nufuzlu rəqəmsal şirkət olan “AI in Energy” təşəbbüsü ilə süni intellekt əsaslı həllərin inkişafına xüsusi önəm verməkdədir ki, bu da həm Azərbaycanda, həm də dünya miqyasında karbon emissiyasının azaldılmasına, şəhər enerjisinin idarə edilməsini yaxşılaşdırmağa, təmiz ekoloji enerjiyə keçidi sürətləndirməyə imkan verəcək. Bundan başqa, Azərbaycanın enerji sistemlərinə süni intelektin inteqrasiyası imkanlarının artması şəhər şəraitində dayanıqlılığın və enerji səmərəliliyinin yüksəlməsində yeni mərhələ açacaq.
Qeyd edək ki, 2024-cü ilin ortalarında Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” adlı hesabatında da Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaratması, bu sahədə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45

