Yeni maliyyə aləti...
18.02.2025 [10:35]
E-pul fəaliyyəti göstərən təşkilatların sayı artır
Azərbaycanda elektron pul (e-pul) emissiyası fəaliyyətini həyata keçirən təşkilatların sayı artmaqdadır. Mərkəzi Bank ötən həftə “Tiko Azərbaycan” MMC-ni elektron pul fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya ilə təmin edib. Bununla da e-pul fəaliyyəti göstərən təchizatçıların sayı genişlənib. Ötən ilin may ayında e-pul üçün ilk lisenziya əldə etmiş “United Payment” MMC-dən sonra pul bazarında marağın artması digər qurumların MB-yə müraciətinə səbəb olub və bir müddət sonra “A-Solutions”, “Modenis”, “PashaPay”, “Mobile Payment Solutions”, “Token Azərbaycan” MMC, “Mpay” QSC və “Paysis” MMC təşkilatları da elektron pul təşkilatı fəaliyyəti hüququ qazanıb. “Tiko Azərbaycan” MMC-nin lisenziya əldə etməsindən sonra e-pul təşkilatlarının sayı təxminən 10-a çatıb.
Ölkəmizdə beynəlxalq ödənişlərin təchizat xidmətinə qoşulan və Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin edən digər şirkətlərin də e-pul fəaliyyəti üçün Mərkəzi Banka müraciət etdiyi bildirilir. Hazırda həmin ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziya almaqla bağlı müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi davam edir. Hazırda onların mövcud infrastruktur və ödəniş bazarında təhlükəsizlik təminatı nəzərdən keçirilir və ekosistemləri tələblərə cavab verdiyi halda onların da elektron pul buraxılışında təchizatçı olması reallaşacaq.
Qanun nə deyir?
Bütün dünya ölkələrində geniş yayılan e-pulun buraxılışı Azərbaycanda yeni maliyyə aləti hesab edilə bilər. Bu, son illərdə ölkəmizin ödəniş xidmətləri və ödəniş sistemləri sektorunun inkişafı, nağdsız ödənişlərin həcminin yüksəlməsi, rəqəmsal ödəniş arxitekturasının möhkəmlənməsi, maliyyə bazarlarında daim yeni alətlərin tətbiqi ilə bağlı baş verən yeniliklərin nəticəsi olaraq gerçəkləşməkdədir. Ötən il “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qüvvəyə minməsindən sonra e-pulun emissiyası üçün hüquqi çərçivə yarandı və MB bu prosesdə maraqlı olan təşkilatların imkanlarını dərindən araşdırdıqdan sonra yeni pulun dövriyyəyə çıxarılmasına icazə verdi. Yeni qanunda ödəniş xidmətlərinin təchizatçıları sırasına 6 təşkilat aid edilib ki, onlardan biri elektron pul təşkilatlarıdır. Elektron pul təşkilatları Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verdiyi halda onlara lisenziya verilməsi məqsədəuyğun hesab olunur.
E-pul nədir və hansı üstünlükləri var?
Elektron pul hər bir şəxsin hesabında, kartında olan pulun elektron formada saxlanılmasıdır. Elektron pul fiziki nağd pula ehtiyacı aradan qaldıraraq tez və asan əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq, istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə həyata keçirə bilər ki, bu da daha rahat və əlçatandır. İstənilən şəxs qeyd etdiyimiz şirkətin provayderi olduğu mobil tətbiq vasitəsilə özünün e-pul səhifəsini yaradaraq bütün ödənişləri və köçürmələri, o cümlədən banklara kredit ödənişlərini icra edə biləcək.
E- pulun üstünlüyü onun xərc cəhətdən effektiv olmasıdır. Belə ki, fiziki olaraq kağız və ya metal valyutanın çapı, daşınması və təhlükəsizliyi müəyyən xərclər tələb etdiyi halda, e-pulda bunlara ehtiyac yoxdur.
Hazırda dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur, 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111 milyard dollardan çox olub. Bu maliyyə aləti biznesin və maliyyə sektorunun əməliyyatlarında çevikliyi və intensivliyi təmin etməklə vaxt və xərc itkilərinin qarşısını alır. Bu baxımdan, ölkəmizdə elektron pulun emissiyası ölkəmizdə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına əhəmiyyətli təsir edəcək. Eyni zamanda, pul kütlələrinin dövriyyə sürətində artım müşahidə olunacağı və bu resurslara əlçatanlığın təmin ediləcəyi gözlənilir. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər, pul bazarı üçün də yeni məhsul buraxılışıdır.
Təhlükəsizlik necə qorunur?
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, təhlükəsizliyin təmin olunması və digər məsələlər öz əksini tapıb. Bu isə o deməkdir ki, e-pul dövriyyəyə buraxılmasından sonra təhlükəsizlik amili xüsusi olaraq diqqətdə saxlanılacaq. Bu pulu emissiya edən təşkilat həm qanunun tələblərinə, həm də MB-nin təlimatlarına əsasən, e-pulun yerləşdiyi və tranzaksiya olunduğu informasiya və ödəniş sistemlərinin təhlükəsizliyini təmin etməyə, müştərilərin maliyyə məlumatlarının saxlanması və qorunmasına, habelə həmin sistemlərin etibarlı və dayanıqlı fəaliyyətinə məsuliyyə daşıyır. Bu baxımdan “United Payment” MMC müştərilərin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında qarşısının alınmasında aidiyyatı təşkilatlarla birgə bütün zəruri tədbirləri həyata keçirməli olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

