WUF13 tədbiri ilə əlaqədar vergi güzəştləri tətbiq olunacaq
06.02.2026 [09:53]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə (VM) dəyişikliklər edilməsi üçün müvafiq təkliflər parlamentə təqdim olunub. Layihə artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb və müsbət rəy alıb. Qanun layihəsinə dəyişikliklərə əsasən, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir.
Vergi azadolmaları hansı sahələri əhatə edir?
Yeni vergi azadolmaları hansı istiqamətləri əhatə edəcək:
* WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin vergidən azad olunması;
* Qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi) üzrə azadolma);
* Qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin (mənfəət vergisindən azad edilməsi);
* Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalının ƏDV-dən azad olunması
VM-nə dəyişikliklərin parlamentin plenar iclasında yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunması gözlənilir. Bu dəyişikliklər təsdiqləndikdən sonra yuxarıda qeyd etdiyimiz hər bir istiqamət üzrə vergi güzəşt və azadolmaları bir il müddətinə qüvvədə olacaq.
Məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.
Bu mötəbər beynəlxalq tədbirin Azərbaycana həvalə edilməsi mühüm hadisə olmaqla bərabər, iqtisadi sektorlar, ələlxüsus da turizm, xidmət, biznes üçün də xüsusi əhəmiyyət kəsb edir.
Biznes üçün əlavə imkanlar
WUF13-ün yüksək səviyyədə təşkili üçün təşkilat komitəsi ilə yanaşı, infrastruktur, təminat və təchizat, qonaqları yerləşdirmə, tədbirlərin təşkili, xidmət, turizm və digər sahələrin hazırlıqlılığının çevik və etibarlı olması zəruridir. Bu işlər üçün müxtəlif avadanlıqların, mal-material, xammal təchizatlarının, eləcə də xidmət infrastrukturunun əlavə təminatlarının yaradılmasına ehtiyac var. Bütün bunların təminatı daha çox özəl sektorun və rezidentlərin üzərinə düşür. Onlar tədbirin yüksək səviyyədə keçirilməsi üçün tələb olunan avadanlıq, mal və xidmətlərin təqdim edilməsi, işlərin görülməsi və s. fəaliyyətlərə əlavə xərclər çəkməlidir. Bu baxımdan həmin xərclərin icrası zamanı biznesə müəyyən dövlət dəstəyinə ehtiyac yaranır. Hökumət bunu nəzərə alaraq özəl sektor təmsilçilərinin qeyd edilən fəaliyyət sahələrindən əldə etdikləri gəlirləri vergidən azad etməklə onlarda daha böyük stimullar yaratmaq niyyətindədir. Eləcə də WUF13 Forumu zamanı intellektual mülkiyyət və qeyri-maddi aktivlərdən istifadəyə də tələbatlar yaranır. Həmin mülkiyyət üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilələr imzalanmal?dır. Bu isə vergi öhdəlikləri yaradır. Hökumət bu amili də nəzərə alaraq qeyri-rezident hüquqi şəxsləri mənfəət vergisindən azad etməyə qərar verir. Bu baxımdan vergi güzəştlərini sənaye innovasiyasına və texnoloji inkişafa dəstək üçün iqtisadi tətil kimi qiymətləndirmək olar.
Beləliklə, qeyd edilən fəaliyyət sahələrində çalışan sahibkarların Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq dövründə və tədbir müddətində göstərdikləri iş və xidmətlərdən əldə etdikləri gəlirlər vergidən azad olunmaqla, onların dövriyyə imkanlarını yaxşılaşdıracaq.
COP-29-da özünü doğruldan təcrübə
Azərbaycan hökuməti texnoloji tərəqqi və yeni sənaye quruculuğuna mühüm yer verərək beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, innovasiyaları ölkəyə gətirir. Bunun nəticəsidir ki, ən mötəbər tədbirlər Bakıya həvalə edilir və ölkəmiz həmin toplantı və sammitlərdə yeni yanaşmalar tətbiq edir. İqtisadi və vergi stimulları da bu tədbirlər çərçivəsində həyata keçirilir. Bu cür təcrübə WUF13 Forumundan əvvəl - 2024-cü ildə COP-29 sammitinin ölkəmizdə keçirilməsi zamanı da tətbiq olunub. Belə ki, həmin ildə “yaşıl texnologiyalar”dan istifadəyə biznesin marağını artırmaq məqsədilə vergi güzəştləri edilib. Həmin güzəştlərə əsasən, COP29 ilində sahibkarlar tərəfindən təqdim edilən malların satışı və tədarükü, iş və xidmətlərin göstərilməsi 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olundu. Bu, qeyri-rezident fiziki şəxslərin, yəni xarici iş adamlarının həmin fəaliyyət sahələri üzrə əldə etdiyi gəlirlərə görə, nəzərdə tutulan vergi güzəştləri kimi biznesdə xüsusi maraq yaratdı. Eyni zamanda, vergi güzəştləri faktiki olaraq, Azərbaycanda “yaşıl vergi” strategiyasına keçidi sürətləndirdi.
Azərbaycanda müasir şəhərsalma və memarlığın əsas prinsiplərindən biri şəhər mühiti və infrastrukturunun qurulması zamanı ekoloji cəhətdən təmiz, “yaşıl texnologiyalar”a əsaslanan layihələrə daha çox yer verilməsidir. Belə ki, müasir şəhərsalma strategiyasına əsasən, yaşıl, sağlam və ekoşəhərlərə üstünlük verilməsi, “ağıllı və smart şəhərlər”in salınması nəzərdə tutulub. Bu məqsədlə rəqəmsal texnologiyalardan daha geniş istifadə tələb olunur. “Yaşıl və rəqəmsal texnologiyalar”ın tətbiqində isə özəl sektorun, biznesin üzərinə daha çox vəzifə düşür.
Beləliklə, yuxarıda vurğuladıqlarımız nəzərə alınmaqla, WUF13 Forumu çərçivəsində biznesə vergi güzəştlərinin verilməsi şəhərsalmada “yaşıl texnologiyaların” tətbiqini genişləndirməklə, dövlət-biznes əməkdaşlığını möhkəmləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52

