/ / Bakıda inkişaf potensialının və modellərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı seminar keçirilib
Bakıda inkişaf potensialının və modellərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı seminar keçirilib
05.05.2015 [10:19]
Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf potensialı və inkişaf modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov tədbirdə çıxış edərək seminarın fikir mübadiləsi və bütövlükdə artım modellərinin müzakirəsi baxımından gözəl fürsət olduğunu bildirib. Nazir vurğulayıb ki, Asiya ölkələrinin iqtisadiyyatları sürətlə inkişaf edir. Son 20 ildə təxminən 6 faizlik illik artım dərəcəsi müşahidə olunur ki, bu da böyük rəqəmdir.
Çıxışında Azərbaycanın sürətli inkişafı haqqında ətraflı məlumat verən Samir Şərifov son on ildə ölkəmizdə ümumi daxili məhsulun üç dəfə artdığını bildirib. Azərbaycan hökumətinin yeni artım modellərindən istifadə etdiyini vurğulayan nazir “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu modeldə əsas prioritet kimi iqtisadiyyatın şaxələndirilməsi nəzərdə tutulur. Biz bu istiqamətdə kifayət qədər uğurlu fəaliyyət göstərmişik. Son üç ildə ümumi daxili məhsulun, o cümlədən sənayenin artımı məhz qeyri-neft sektorunun inkişafı hesabına baş verib.
Azərbaycan hökumətinin neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltdiyini deyən Samir Şərifov bu siyasətin hazırda uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz təcrübə mübadiləsidir. O, bu baxımdan Asiya qitəsində olan digər ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Milli iqtisadiyyatların xarici təsirlərə məruz qaldığını, hazırda təbii ehtiyatların qiymətinin dəyişməsi və tükənməsi kimi amillərin də mövcud olduğunu diqqətə çatdıran nazir deyib: “Biz siyasi və makroiqtisadi sabitliyi saxlamalı, şaxələndirməni davam etdirməliyik. Eyni zamanda, biznes sahəsinin özünü doğrultmasını da təmin etməliyik. Kifayət qədər sərmayənin Azərbaycana gətirilməsi və təhsil sahəsinə yatırılmasına çalışırıq. Burada kənd təsərrüfatının inkişaf etdirilməsi də çox vacibdir. Kənd təsərrüfatı iqtisadiyyatın artımında prioritet məsələdir. Neft-kimya resurslarından səmərəli istifadə, turizm və xidmət sənayesinin inkişafı, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi Azərbaycan hökumətinin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.
Çinin maliyyə naziri Lou Jivei diqqətə çatdırıb ki, Asiya dünyanın ən dinamik və çevik regionudur. AİB-in hesablamalarına görə, Asiya ölkələrinin inkişaf edən iqtisadiyyatları bu il ərzində 6,3 faiz artım tempi ilə böyüyəcək. Dünya iqtisadiyyatında Asiyanın rolunun əhəmiyyətini vurğulayan Lou Jivei qitə ölkələrinin Avropa ilə müqayisədə böhrandan daha az zərər gördüklərini bildirib. Qeyd edib ki, Asiya ölkələrində adambaşına düşən ümumi daxili məhsul o qədər də yüksək deyil. Bunun üçün Asiya ölkələrinin inkişaf strategiyası təkmilləşdirilməli, yeni modellər araşdırılmalıdır. Asiya ölkələri infrastrukturu təkmilləşdirməklə yanaşı, əlaqələrin daha da genişləndirilməsinə nail olmalıdır.
İndoneziyanın maliyyə naziri Bambanq Brodjoneqoro çıxışında iqtisadiyyatın şaxələndirilməsinin vacibliyindən danışıb, dayanıqlı inkişafı təmin etmək üçün daxili istehlakın artırılmasının vacibliyini bildirib. Qeyd edib ki, dünya böhranından sonra Asiya ölkələri artım tempinə deyil, dayanıqlı inkişafa diqqət yetirməlidir. Daxili istehlak yüksək olanda maliyyə böhranının təsirləri az hiss edilir.
Hindistanın maliyyə naziri Arun Jaitley ölkəsinin infrastrukturun inkişafı üçün böyük addımlar atdığını vurğulayıb. Bildirib ki, Hindistanda hazırda torpaq islahatları həyata keçirilir. Bu, çox mürəkkəb prosesdir. Əhalimizin çox olmasına və təxminən 70 faizinin müxtəlif işlərdə çalışmasına baxmayaraq, işçi qüvvəsini daha da artırmaq lazımdır. Hindistanda iqtisadi göstəricilər çox aşağı deyil. Maliyyə bazarı gücləndirilməlidir. Kapital bazarında islahat hökumət üçün vacib məsələdir. Hindistan hökuməti bu problemi aradan qaldırmağa və investisiya mühitini yaxşılaşdırmağa çalışır.
AİB-in prezidenti Takehiko Nakao çıxışında qeyd edib ki, böhrana baxmayaraq, bir sıra ölkələr artım templərini qorumağa müvəffəq olub. O, iqtisadiyyatı gücləndirmək üçün işçi potensialının artırılmasının, maliyyə məhdudiyyətlərinin aradan qaldırılmasının və açıq bazar iqtisadiyyatının əlaqələndirilməsinin vacibliyini bildirib. T.Nakao deyib ki, biz düzgün hesablanmış addımlar atmaqla bütövlükdə regionun inkişafına böyük töhfə verə bilərik.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

