SOCAR-ın “Bulla-dəniz” yatağındakı 6 nömrəli yeni stasionar dəniz özülü istismara verilib
03.05.2016 [10:00]
Mayın 2-də SOCAR-ın “Bulla-dəniz” yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülü istismara verilib.
AZƏRTAC xəbər verir ki, özülün istifadəyə verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev əvvəlcə özüldə çalışan neftçilərlə görüşüb, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Özülə baxış keçirən SOCAR-ın prezidentinə məlumat verilib ki, şirkətin daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılmış 6 nömrəli stasionar dəniz özülünün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb, birinci buraxılış kompleksi üzrə tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Bir axtarış və 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizdə suyun dərinliyi 19-20 metr olan sahədə quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 11 metrdir.
Bildirilib ki, yaşayış və istehsalat hissələrindən ibarət özülün ümumi sahəsi 5 min 350 kvadratmetrdir. İstehsalat hissəsi 9 dayaq bloku və 10 aralıq seksiyasından, yaşayış hissəsi isə 2 dayaq bloku və bir aralıq seksiyasından ibarətdir. Blokların hündürlüyü 32 metrdir. İstehsalat hissəsini yaşayış hissəsi ilə hər birinin uzunluğu 33 metr olan 2 körpü birləşdirir. Özüldə bir vertolyot, 10 gəmi yanalma və 4 minmə-düşmə meydançası quraşdırılıb, işçi heyətinin rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli ev, məişət evcikləri, camaşırxana inşa edilib. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 stasionar qaldırıcı kran, 42 nəfərlik 3 xilasedici qayıq, 10 nəfərlik 9 xilasedici sal, bioloji sutəmizləmə və dəniz suyunu şirinləşdirən qurğular, havalandırma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilib, radioəlaqə və avtomatika işləri yerinə yetirilib. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək üçün özüldə 2 dizel elektrik generatoru quraşdırılıb. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib.
Qeyd olunub ki, özüldən 5900-6300 metr dərinliyə qazılacaq quyuların hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən “Drilmec 3000 HP land” markalı yeni qazma qurğusundan istifadə ediləcək. Bu qurğu vasitəsilə 8 min metrdən artıq dərinliyə malik quyuların qazılması mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması planlaşdırılır. İstismar işləri N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.
İnşaat işlərinin müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirildiyini söyləyən SOCAR-ın prezidenti R.Abdullayev özüldə qazılacaq ilk axtarış quyusunu qazacaq dəzgahı işə salıb.
Məlumat verilib ki, layihə dərinliyi 5 min 900 metr olan 78 nömrəli şaquli quyu məhsuldar qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən qazılacaq. Əvvəllər özülün yaxınlığında qazılmış quyulardan əldə olunmuş nəticələr “Bulla-dəniz” yatağının şimal-şərq qanadının V və VI tektonik bloklarında məhsuldar qatın VIII horizontunun qaz-kondensat ehtiyatlarına malik olduğunu sübut edib. Qazma prosesi ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq.
R.Abdullayev qazmaçılarla söhbət zamanı bildirib ki, Prezident İlham Əliyevin SOCAR-ın qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. “Bulla-dəniz” yatağında hasilatın sabit saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayan SOCAR-ın prezidenti obyektin vaxtında və keyfiyyətlə istismara verilməsini yüksək qiymətləndirib, ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

