İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “azexport.az” portalı təqdim olunub
21.12.2016 [09:52]
Dekabrın 20-də “ADA” Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “azexport.az” portalının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə “azexport.az”-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan “azexport.az” vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.
Sonra “azexport.az” portalının meneceri Zaur Qardaşov portalın mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Zaur Qardaşov, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda ixracın genişlənməsi istiqamətində “azexport.az” saytının imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri deyib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhz ixracın genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir.
“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. “Azexport.az” saytı da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək”, - deyə Z.Səmədzadə qeyd edib.
“Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56 faiz, son 5 ildə isə 30 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının təxminən 90 faizi qonşu Rusiya bazarının payına düşür. Burada əsas arqument kimi Azərbaycanın istehsal etdiyi məhsulların keyfiyyət amilini xüsusi vurğulamaq lazımdır. Ötən ilin sonu bu ilin əvvəlində FAO ilə birgə apardığımız araşdırma göstərdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ixracpotensiallı 110 sahibkar fəaliyyət göstərir. Çox təəssüf ki, bu sahibkarlardan təxminən 6-nın ixrac imkanları 50 faizdən yüksəkdir. Təxminən 25 sahibkarın ixrac imkanları 90 faiz təşkil edir. Səbəbləri araşdırarkən müəyyən etdik ki, bu, informativ mühitin qənaətbəxş səviyyədə olmaması ilə bağlıdır. Hesab edirəm ki, “azexport.az” portalının yaradılması məhz bu problemin aradan qaldırılmasında çox ciddi vasitə olacaq”, - deyə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vurğulayıb.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti İlqar Vəliyev bildirib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi Azərbaycanda də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. “Azexport.az” platforması isə, öz növbəsində, ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal, həmçinin “Made in Azerbaijan” brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaq ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.
Artıq bir neçə ölkədə təmsilçiliklərin mövcud olduğunu deyən “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal diqqətə çatdırıb ki, “azexport.az” vasitəsilə yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək. “Azərsun Holdinq” bundan sonra da portalın məhsulların yerləşdirilməsi və tanıdılması, eləcə də məlumat bazasının yenilənməsi kimi yaratdığı fürsətdən maksimum şəkildə faydalanacaq. Biz çox şadıq ki, “Azərsun Holdinq” məhsulları azexport.az vasitəsilə xaricdə təmsil olunacaq”, - deyə A.Goozal bildirib.
“GoldenPay” şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirib ki, Azərbaycanın ən böyük internet şirkəti olaraq belə bir tədbirdə iştirak etmək təmsil etdiyi qurumun strateji hədəflərinə daxildir. F.İsmayılzadə deyib: “Biz “azexport.az” portalına dəstəyi yalnız iştirakla məhdudlaşdırmaq istəmirik. Onun uğurlu olması üçün təcrübəmizi, texniki və digər imkanları bölüşməyə hazırıq. Hesab edirəm ki, portalın xaricdə tanıdılması xüsusilə vacibdir”.
Sonda “azexport.az” resursuna aid videoçarx nümayiş etdirilib. Videoçarxda BMT İnkişaf Proqramının mütəxəssisi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, “all.biz” alqı-satqı platformasının nümayəndəsi Rüxsarə Ramazanova, “alibaba.com” Qlobal Partnerinin baş meneceri Fren Chin çıxış edərək, “azexport.az” portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, “azexport.az” saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17

