Azərbaycan ərzaq məhsulları ilə etibarlı şəkildə təmin olunub
02.10.2009 [15:06]
Hökumətin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət kənd təsərrüfatının qeyri-neft sektorunda çəkisinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqdadır. 2009-cu ilin birinci yarısında kənd təsərrüfatında 2 milyard 500 milyon manata yaxın məhsul istehsal olunub. Bu dövrdə aqrar bölmədə məhsul istehsalında 4 faizə yaxın artım qeydə alınıb. Aqrar bölmədə mövcud inkişaf tendensiyası ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynamaqdadır. Bu sahədəki inkişaf tendensiyası əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rola malik olub. Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsulları hesabına yerli tələbatı ödəməklə yanaşı, xarici dövlətlərə bu növ məhsulların ixracını həyata keçirmək mümkün olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada baş verən qlobal böhran şəraitində iqtisadiyyatın ümumi inkişafını təmin etməyə, o cümələdən, kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa nail olub. Bölgələrdə aqrotexservislərin fəaliyyətə başlaması kənd mülkiyyətçilərinin texnika ilə təmin edilməsinə səbəb olub ki, bu da son nəticədə istehsalçının əkinə olan həvəsini daha da artırıb. Xatırladaq ki, 2005-ci ildən indiyədək “Aqrolizinq” SC tərəfindən fermerlərə 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular verilib. Bununla yanaşı, son beş ildə dövlətin maliyyə imkanları hesabına ölkəmizdə 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu yaradılıb. Eyni zamanda, bu illər ərzində respublikamıza 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.
Kənd təsərrüfatı sektorunda aparılan davamlı islahatlar mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bitkilərin əkinin strukturunda göstərib. Belə ki, son 5 ildə bitkilərin əkininin strukturunda mühüm dəyişikliklər baş verib. Bu, daha çox dənli-paxlalı bitkilərin, xüsusilə də buğdanın istehsalında müşahidə olunub. Belə ki, dənli bitkilərin əkin sahələrinin ümumi həcmi son illərdə iki dəfəyə yaxın artıb. 2000-ci ildə bu növ bitkilərin əkin sahəsi ümumi əkinçilikdə 51,7 faiz təşkil edirdisə, hazırda 84 faizə çatmaqdadır. Onu da qeyd edək ki, son illərdə taxıl əkini ilə yanaşı, digər kənd təsərrüfatı məhsullarının da əkin sahələri artıb. 2009-cu ildə 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün əkilib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Mülkiyyətçilərin əkinə marağının artması hökumətin onlara diqqət və qayğısının güclənməsi sayəsində mümkün olub. ötən illərdə kənd təsərrüfatı istehsalçılarına həm maddi yardımın göstərilməsi, həm də onların texnika ilə təminatının yaxşılaşdırılması qeyd olunan pozitiv dəyişikliklərin yaranmasına gətirib çıxarıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların verilməsi, texnika və gübrə alınmasına görə güzəştlərin tətbiqi, digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi dənli bitkilərin, əsasən də taxılın əkin sahəsinin çoxalmasına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Məhz bunun nəticəsidir ki, 2009-cu ildə taxıl əkini sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb. Buğda əkini sahəsi isə 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil edib. Bu isə, təbii ki, taxıl istehsalının rekord həcmə çatmasına imkan verib. Bu il respublikamızda 2 milyon 900 min tona yaxın taxıl istehsal olunub ki, onun da təxminən 2 milyon 200 min tonunu buğda təşkil edir. 2008-ci illə müqayisədə bu, 500 min ton artım deməkdir. Xatırladaq ki, ölkəmizin ərzaq buğdasına olan ehtiyacı 2 milyon 200 min tona bərabərdir ki, bu da əhalinin un məhsuluna olan ehtiyacının tamamilə yerli istehsal hesabına ödənilməsi deməkdir.
ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında ən başlıca amillərdən biri taxıl təminatının həll olunmasıdır. Dünya maliyyə böhranı açıq şəkildə bütün dünya dövlətləri qarşısında bu reallığı ortaya qoymuş oldu ki, hansısa ölkənin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi onun iqtisadi tənəzzülünə səbəb olacaq. Ərzaq məhsulları, xüsusilə də taxıl ilə özünü etibarlı şəkildə təmin edən ölkələr isə davamlı inkişaf yolu ilə irəliləyəcək. Azərbaycan məhz o ölkələrdəndir ki, böhran şəraitində nəinki kənd təsərrüfatını sabit və dayanıqlı şəkildə qoruyub saxlaya bilib, həm də bu sahəni inkişaf etdirərək ən yüksək həcmdə istehsal göstəriciləri əldə edib. Bu isə davamlı inkişafın başlıca elementlərini təşkil etməkdədir.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38

