/ / Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib
20.02.2019 [10:09]
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir: “Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il oktyabrın 30-da istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq”.
Nazir qeyd edib ki, hazırda ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir.
R.Quluzadə Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi, dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr, tankerlərin alınaraq istifadəyə verildiyini də vurğulayıb.
“Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviasiya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görülüb. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-ın təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - deyə nazir bildirib.
R.Quluzadə ölkəmizin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını bildirən nazir ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu xatırladıb: “Düşünürəm ki, proqramda müəyyən olunmuş vəzifələrin icrası üzrə Avropa İttifaqının təcrübəsindən faydalanmaq məqsədilə bu istiqamətdə daha intensiv əməkdaşlıq aparılacaq. Ümidvaram ki, əməkdaşlığımızın genişlənməsi Avropa İttifaqı ilə Azərbaycan arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaq”.
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri H.Hololey Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışıb. O qeyd edib ki, tərəfdaşlarla bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir: “Bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Biz bu cür yüksək səviyyəli tədbirləri əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox seqmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfüqlərini və istiqamətlərini müəyyən edəcək”.
H.Hololey yüksək səviyyəli dialoq çərçivəsində gələcək əməkdaşlıq aspektlərinin də nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi müzakirə olunub. Bundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

