“Qazprombank”ın Azərbaycana investisiya imkanlarına dair biznes-seminar keçirilib
13.03.2019 [10:30]
Martın 12-də Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiyanın “Qazprombank”ının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya prezidentləri ötən il 6 dəfə görüşüb, Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəmin göstəricisidir.
Nazir qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-dək müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 milyard dollardan çoxdur”, - deyə nazir əlavə edib.
Ş.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.
Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,55 milyard dollar təşkil edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün bir sıra tədbirlər görülür.
İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, “Qazprombank”ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirib ki, “SOCAR Polymer” zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və “Qazprombank” arasında uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank”la, həmçinin “Azərikimya” zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb: “Azərbaycan Rusiyanın “Qazprombank” SC ilə ölkə iqtisadiyyatının digər sahələrində də əməkdaşlıq etməkdə, eləcə də aqrar-sənaye kompleksinin, kiçik və orta biznesin bankın imkanlarından yararlanmasında maraqlıdır”.
Ş.Mustafayev bildirib ki, ötən ilin dekabrında Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası çərçivəsində “Qazprombank”ın rəhbərliyi ilə keçirilmiş görüşdə biznes-seminarın təşkili barədə razılığa gəlinib: “Bugünkü tədbirdə ikitərəfli maliyyə əməkdaşlığının istiqamətləri, “Qazprombank”ın layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri, aqrar-sənaye sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi təcrübəsi, bankın dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılması imkanları, kapital bazarlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılacaq”.
“Qazprombank”ın idarə heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. O, “Qazprombank”ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
F.Sadıqov qeyd edib ki, hazırda “Qazprombank” Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.
Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov “Qazprombank”ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Biznes-seminarda “Qazprombank”ın birinci vitse-prezidenti Aleksey Çiçkanov “Qazprombank”ın Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində təcrübəsi və imkanları”, bankın icraçı vitse-prezidenti Pavel İsayev “Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri”, bankın layihə şöbəsinin müdir müavini Vyaçeslav Oxotin “Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri”, bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin “Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində “Qazprombank”ın təcrübəsi”, bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina “Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Biznes-seminarda “Qazprombank”ın fəaliyyəti barədə videoçarx nümayış olunub, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

