Azərbaycan-Polşa biznes forumu çərçivəsində mühüm sənədlər imzalanıb
01.06.2019 [10:10]
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 31-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumu çərçivəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb.
AZƏRTAC xəbər verir ki, yüzdən çox sahibkarın iştirak etdiyi biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov dövlət başçılarının siyasi iradəsi, müntəzəm görüşlərinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. Bildirib ki, Azərbaycan və Polşa prezidentlərinin bugünkü biznes forumda iştirakı işgüzar əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən önəmin göstəricisidir.
Nazir müavini Azərbaycan-Polşa iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, işgüzar dairələrin iştirakı ilə müntəzəm olaraq keçirilən birgə tədbirlərin iş adamları arasında əlaqələri stimullaşdırmaqla yeni biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına müsbət töhfə verdiyini qeyd edib.
Azərbaycan-Polşa iqtisadi-ticarət əlaqələrindən danışan R.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyi ikitərəfli əlaqələrin inkişafına dəstək verir. Ötən ilin dekabrından Varşavada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir: “Azərbaycan və Polşa arasında əlverişli müqavilə-hüquq bazası yaradılıb, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması kimi sənədlər də daxil olmaqla 50-yə yaxın ikitərəfli sənəd imzalanıb”.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda xidmət, sənaye, ticarət və digər sahələrdə 20-dək Polşa şirkəti fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 34 faiz artıb, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Bu gün biznes dairələri arasında imzalanan sənədlər iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsində müsbət rol oynayacaq.
Polşa Respublikası sahibkarlıq və texnologiyalar nazirinin müavini Tadeuş Koşçinski biznes forumda çox sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib və regionun önəmli ölkəsidir.
T.Koşçinski Polşa iş adamlarının iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini vurğulayıb.
Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Polşa İnvestisiya və Ticarət Agentliyinin vitse-prezidenti Kşiştof Senger iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət ediblər.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Polşanın Sahibkarlığın İnkişafı Agentliyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın “Marklab”, “Nova Digital Solutions” şirkətləri ilə Polşanın “OEX24.com” şirkəti və Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın “AZPARK” şirkəti və Polşanın “Satermus” şirkəti, Azərbaycanın “PSG Kapital” şirkəti ilə Polşa İnvestisiya və Ticarət Agentliyi, Azərbaycanın “4S” şirkəti ilə Polşanın “UNIA” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

