Azərbaycanın Sverdlovsk vilayəti ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
12.09.2019 [09:44]
Sentyabrın 11-də İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşlərinin dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirdiyini deyib.
Vurğulayıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində davamlı artım müşahidə edilir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 50 faizədək hissəsi Azərbaycanın payına düşür. Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin yanvar-iyul ayları ərzində isə 23 faiz artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə birinci yerdədir. Təkcə ötən il Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi 550 min tondan çox olub və ixrac həcminin 1 milyon tona çatdırılması imkanları mövcuddur.
Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Sverdlovsk vilayəti Azərbaycan üçün vacib tərəfdaşdır. Ötən il Azərbaycanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 83 faiz artaraq 95 milyon dollara çatıb. Cari ildə bu göstəricinin 100 milyon dollardan çox olması hədəflənir.
Diqqətə çatdırılıb ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan Şərab Evinin açılması qarşılıqlı əməkdaşlığın real nəticəsidir. Sentyabrın 12-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya biznes forumunda Sverdlovsk vilayətindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Biznes forum çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında kənd təsərrüatı məhsullarının ixracının təşviqi, şərab ixracının dəstəklənməsi və sair barədə sənədlərin imzalanması nəzərdə tutulur.
İqtisadiyyat naziri ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə ixracı, maşınqayırma, metallurgiya, kimya, yüngül sənaye, İKT və sair sahələrdə fəaliyyət göstərən şirkətlərin Azərbaycanın sənaye parklarında iştirakı, kiçik və orta sahibkarlıq, nəqliyyat-logistika, səhiyyə, turizm, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb, maşınqayırma və elektrik avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmış Rusiya şirkəti ilə Azərbaycanda qaldırıcı kran və avadanlıqların istehsalı sahəsində birgə müəssisənin yaradılmasını təklif edib.
Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin Rusiya və onun federal subyektləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, bu sahədə işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Y.Kuyvaşev iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb. Qubernator 23-dən çox ali təhsil müəssisəsinin yerləşdiyi Sverdlovsk vilayəti ilə Azərbaycan arasında elmi-texniki və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
Sonra Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları, Sverdlovsk vilayətinin sənaye potenisalı, görüşdə iştirak edən Azərbaycan və Rusiya şirkətləri arasında əlaqələrin inkişafı imkanları barədə məlumat verilib.
Görüşdə Azərbaycan və Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri Ş.Mustafayev və Sverdlovsk vilayətinin qubernatoru Y.Kuyvaşev imzalayıblar.
Görüşdə, həmçinin Bakı Dövlət Universiteti və Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlığa dair memorandum, Azərbaycan Dillər Universiteti və Ural Federal Universiteti arasında isə əməkdaşlığa dair müqavilə imzalanıb.
Tədbir iş adamları arasında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14

